DataLife Engine > Təcniz > Qarala

Qarala


5 Sentyabr 2010. Ðàçìåñòèë: sekineilyasqizi
Dağ başında görünməyi yaraşıq,-
Çətin odu,ağlın üstün qar ala.
Bir yaxın ki səni yaddan soruşur,
Onu könül varağından qarala.

Kişi olan sözü deyər mərdana,
Bala verməz özgə ələ mərd ana;
Adil hakim oxşar Şahi-Mərdana,-
Aman verməz haqqın ərşi qarala.

İnsan deyil qəlbi dolu xılt olan,
El içində yaxşı işi qıt olan;
Başa varmaz yorğa gedən,qırt olan-
Tanrı özü onu qoyar qarala.


Âåðíóòüñÿ íàçàä