DataLife Engine > Təcniz > Daşdama(cığalı təcnis)

Daşdama(cığalı təcnis)


3 Sentyabr 2010. Đŕçěĺńňčë: sekineilyasqizi
Arzum budur xisləti bəd olanın
Su yerinə tavanından daş dama.
Mən aşiqəm,daş dama,
Bəzək verər daş dama,
Öz dərdi də kar etməz
Ürəyi daş adama.
Qoçaq oğul küməni saray eylər,
Tənbəl yatar,qoymaz bircə daş dama.

Qeyrətdən dəm vura,söz deyə ərlər,
Sevda qursan,pisə demə,əyərlər.
Əzizinəm,əyərlər,
Comərd olar ay ərlər,
Namərd tutub meydanı,-
Hardadı,aya,ərlər.
Dədələrdən məsəl qalıb,deyərlər;
Tanrıdandı,bir daş dəysə adama.

Nadan olma,haram,halal,qan nanı,
Dar məqamda bil ki doğma qan anı.
Əzizinəm,qananı,
Sevməz qanmaz qananı,
Qılınc qınında durmaz
Çatsa qisas,qan anı.
Günahından əzab çəkib qananı
Töhmətləyib yalamayla daşdama.

Âĺđíóňüń˙ íŕçŕä