DataLife Engine > Təcniz > Yaz ay az(dodaqdəyməz)

Yaz ay az(dodaqdəyməz)


29 Avqust 2010. Ðàçìåñòèë: sekineilyasqizi
Yalanı,gerçəyi seyrə dalanda
Şair xəyalında qaldı yazayaz.
Dahilər yetirən əziz sənətdi,
Naşılar əlində qaldı yazayaz.

Hər kəsə qazılar əcəl çalası,
Deyilsən həyatı satın alası,
Getsən,neçə sətir yazın qalası,
İstər qışdan denən,istər yaza yaz.

İndi sınaqların çətin,darıdı,
Yaxşı dərdə qaldı,yaman yarıdı.
Səkinə,taleyi yazan Tanrıdı,-
Gileyin gizlindÉ™ saxla,yaz ay az.

Âåðíóòüñÿ íàçàä