DataLife Engine > Təcniz > Yaradı(cığalı təcnis)
Yaradı(cığalı təcnis)29 Avqust 2010. : sekineilyasqizi |
|
İnsan gərək sevgisində mərd ola,
Etibarsız adlanmaya yar adı. Əzizinəm,yaradı, Hicran da bir yaradı, Təmiz ad üstün olar, Yaxşı qoru,yar,adı. Lağ etmə kimsəyə,başına gələr, Hamını Tanrının özü yaradı. Xəzan vurdu,bağçam oldu qara bağ, Kim bağladı əllərinə qara bağ? Əzizinəm,Qarabağ, Viran oldu Qarabağ, İstədim gülşən ola, Dönüb oldu qara bağ. Yad əllərdə dərman gəzən Qarabağ Könüllərdə Vətən adlı yaradı. Ay Səkinə,qələm götür qış,a,yaz, Qorxutmasın səni şaxta,nə ayaz. Əzizinəm,yazhayaz, Söz qurtarmaz,yazhayaz, Haqdan dilə bəxtini, Xoş taledən yazhayaz. Köçüb gedəsisən,ömür çox,ya az, Deməsinlər,gəldi,kimə yaradı?.. |