Ya dağa dırmaşdır, ya dağdan endir, Ya götür xəncəri yar, a yar məni. Dost, düşmən yanında yad qapısında Yandırıb yaxırsan, yarayar, məni?
Göynədi sinəmin yarası, neynim. Kəsildi ömrümə yar asi, neynim. Vermədi, çox dedim yara, “su” neynim, Salarmı yadına yar, a yar məni?
“Bir günahım gecə bir günahım dan,” Keçən tapılmadı bir günahımdan. Alışıb yanarsan, bir gün ahımdan, Dəyişsən bir özgə yara yar məni.
Şəmsi, hər sözündə qan adı gördüm. Sındı istəklərin qanadı, gördüm. Ürəyim qan oldu, qanadı, gördüm, Saymırsan bir işə yarayar məni.
Çap etmək
|