Xoş gəlmişsiniz!
Rəyinizi bildirmək, müəlliflərə şəxsi məktublar və hədiyyələr göndərmək, onlarla Sənət dostu olmaq və s. xidmətlərdən istifadə etmək üçün Sizi qeydiyyatdan keçməyə dəvət edirik.
Ehtiyacım var » Milli Misralar
misra.az
Qeydiyyat
Parol yaddan çıxıb?

Saytda artıq 2833 müəllif qeydiyyatdan keçib
və 5502 əsər dərc olunub.

Dərc olunan əsərlərə 20910 resenziya yazılıb.
Sizi də qeydiyyatdan keçib əsərlərinizi dərc etməyə
dəvət edirik!

Soft portal
 
             Mündəricat
                    Bu ayın ən fəal şairləri
Saxavat   51
Ruslan Novres   50
Vusal Huseyn   36

            Məşhur əsərlər

Müəllif: abelveliyev
Əsər: Danışan yağış
Oxunub: 97 | Resenziyalar: 5
___________________________
Müəllif: Vusal Huseyn
Əsər: Ömür karvanı
Oxunub: 89 | Resenziyalar: 3
___________________________
Müəllif: Axundi
Əsər: Qəribədir...
Oxunub: 76 | Resenziyalar: 8
___________________________
Müəllif: abelveliyev
Əsər: Bezdirdi mən olmaq məni
Oxunub: 58 | Resenziyalar: 8
___________________________
Müəllif: Ulvi Rovsen
Əsər: SƏFƏR BƏYƏ CAVAB
Oxunub: 54 | Resenziyalar: 7
___________________________
Müəllif: Axundi
Əsər: Ey Allahın bəndəsi...
Oxunub: 52 | Resenziyalar: 6
___________________________
Müəllif: Vusal Huseyn
Əsər: Ayrılıq çox sevinməsin
Oxunub: 46 | Resenziyalar: 2
___________________________
Müəllif: Vusal Huseyn
Əsər: Dünya əyri göstərir.
Oxunub: 40 | Resenziyalar: 4
___________________________
Müəllif: Saxavat
Əsər: ÜRƏYİM BOŞ İDİ AXI
Oxunub: 53 | Resenziyalar: 5
___________________________
Müəllif: Saxavat
Əsər: SÖYLƏ QURBANLIĞINAM
Oxunub: 91 | Resenziyalar: 9
___________________________
"Məşhur əsərlər" siyahısına əsərlər oxunmaların və resenziyaların sayına görə, həmçinin əsərin reytinqinə əsasən daxil olur. Siyahıya yalnız son bir həftə ərzində dərc olunan əsərlər daxil ola bilər. Əsəri qaldırmaq xidmətindən istifadə olunduqda şeir əlavə 7 gün siyahıda yer tuta bilər.

                        Son resenziyalar
Yazan: Xafiq
Mövzu: Eşqinin ilhamı
Yazan: Ruslan Novres
Mövzu: Fərqi nə
Yazan: Ruslan Novres
Mövzu: TƏNQİD
Yazan: Ruslan Novres
Mövzu: YARADIB

            Hədiyyələr
Shop.az   Ödənişli xidmətlər   Sənət dostlarım
 
 

Ehtiyacım var

Müəllif: Meherrem AGALAROGLU | 17 Noyabr 2010 | Oxunub: 438| Yadda saxlamaq:
Qəmlənib ürəyim, nəmlənib gözüm,
Əlində ölməyə razıyam özüm,
Eşit ey sevgilim, sənədir sözüm
Sənin tək təbibə ehtiyacım var.

Qəlbimin sağlığı bağlıdır sənə,
O yox sözlərini söyləmə mənə,
Deyirəm ey gözəl sənə mən yenə
Sənin tək təbibə ehtiyacım var.

Mən yanan bir şamam, sən ol pərvanə,
Gəl məni yenidən qaytar cahanə,
Sevirəm deməyə tapdım bəhanə
Sənin tək təbibə ehtiyacım var.

Şam tək əriyirəm mən də ki, qəmdən,
Gah qalxaraq zilə, gah da ki, bəmdə,
Səni soruşuram mən, hər ötəndən
Sənin tək təbibə ehtiyacım var.

Məhərrəm AĞALAROĞLU

   Çap etmək
  
Əziz qonaq, lütfən qeydiyyatdan keçin.
 (səs sayı: 10)
      « Əvvəlki əsər: Рука в руке... 
      » Növbəti əsər: Gir döyüşə!! 
Əsəri oxuyanlar (125)
  Oxşar misralar:
  • EHTİYACIM VAR
  • Getmə
  • İnanmıram
  • Ey gözəl
  • Artıq gəl
  •   Resenziyalar (10)  
    Yazdı: Meherrem AGALAROGLU: 17 Noyabr 2010 08:24
     
    Yaşayır: Bakı
    Əsərlərin sayı: 56
    Resenziyalar: 417
    Status: Şair
     
    Tənqidlərinizi gözləyirəm. Bir insanın gördüyü işdə uğur qazanması üçün gördüyü işin obyektiv qiymətləndirilməsi vacibdir. Bu səbəbdən də dəyərləndirmələrinizi gözləyirəm.

    --------------------
    Mənim üçün SÖZ mənadır, MƏNA həyatdır, HƏYAT sevgidir, SEVGİ isə həyat kimi mənasızdır!!!
    Yazdı: Meherrem AGALAROGLU: 17 Noyabr 2010 09:02
     
    Yaşayır: Bakı
    Əsərlərin sayı: 56
    Resenziyalar: 417
    Status: Şair
     
    Ilham Idrisoglu,
    Əmi səmimi və dəyərli məsləhətə görə çox sağ ol. Mənim fikrimcə yalnız yaxın insanlar həqiqəti deyib, məsləhət verərlər ki, səhvlərinə düşmanların gülməsin. Siz də mənim üçün elə şəxslərdənsiniz ki, mən sizin bütün nəsihətlərinizə qulaq asıb əməl etməyə hazıram.


    --------------------
    Mənim üçün SÖZ mənadır, MƏNA həyatdır, HƏYAT sevgidir, SEVGİ isə həyat kimi mənasızdır!!!
    Yazdı: sekineilyasqizi: 17 Noyabr 2010 10:19
     
    Yaşayır: bakı
    Əsərlərin sayı: 72
    Resenziyalar: 1183
    Status: Şair
     
    Səmimi duyğuların izharıdı bu şeir.Vallah,gəncliyə yaman yaraşır sevgidən yazmaq.
    Amma İlham bəy demişkən,qələminizi daha da itiləyin.Şeirinizin dadı var,duzu kəmdi.
    Poetik tapıntı yoxdu.Təkrarlara yol vermisiz.MƏN YANAN BİR ŞAMAM..,ŞAM TƏK ƏRİYİRƏM...Bir də bunlar çox deyilib.Sizin istedadınızı danmaq məqsədini güdmürəm.
    Sadəcə,istəyirəm,qaranlıqda qalanları işıqlığa çıxarasınız.
    Yazdı: Meherrem AGALAROGLU: 17 Noyabr 2010 10:37
     
    Yaşayır: Bakı
    Əsərlərin sayı: 56
    Resenziyalar: 417
    Status: Şair
     
    sekineilyasqizi,
    Çox sağ olun. Mən də edilən tənqidləri kiminsə mənim istedadıma şübhə etməsi kimi qəbul etmirəm. Buna görə də içinizdən gəldiyi kimi tənqid edib, hər zaman səhfləri dəqiq göstərin kimi, mən də onları görərək düzəldim.

    sekineilyasqizi, mənim düşüncəm bu yöndədir ki, yalançı tərifləri yaldız məğlubiyyətini, zəiflərini istəyən kimsələr istəyir. Çünki yalançı təriflər hər bir iş müəllifini arxayınlaşdırır. Haqlı tənqidi isə dostlar edər. Çünki dost istəməz ki, onun dostunu kimsə məsxərəyə qoysun.

    Uğurlar.

    --------------------
    Mənim üçün SÖZ mənadır, MƏNA həyatdır, HƏYAT sevgidir, SEVGİ isə həyat kimi mənasızdır!!!
    Yazdı: bayrami: 17 Noyabr 2010 13:12
     
    Yaşayır: --
    Əsərlərin sayı: 155
    Resenziyalar: 1548
    Status: Şair
     
    "Avazın yaxşı gəliur, oxuduğun Quran" ola" deyiblər.
    Şerin qaydalarını bilməyinlə, ağıb-daşan ilhamınla ŞAİRSƏN, buna sözüm yox.
    Fəqət keyfiyyətə baxan vaxtındır, biz heç, qocaldıq, gedirik. Siz cavanlar çalışın təkcə ədəbiyyatın ənənələrini yaşatmayın,( bu da vacibdir, biz elə bu yolu tutub gəlmişik! )Sız həm də novator olun, heç kəsin işlətmədiyi təşbihləri, epitetləri, istiarələri, metanomiyaları, simvolları ... işlədin, yaxud köhnəyə yeni məna verin, yeni deyimlərlə yaddaşlarda qalın!
    Bundan ötrü klassikləri, folkloru çox oxuyun, az yazın! Az olsun, naz olsun!
    P.S.
    Bəs sən nə edirsən? Şam bir təşbih, bir istiarə kimi hədsiz çox işlənib. bunu dilinə gətirməmək əvəzinə, bir şeirdə 2 dəfə işlədirsən, hətta özünü də təkrar edirsən. Bilirsənmi bu nə deməkdir? Söz bağajın kasaddır!
    Yazdı: Meherrem AGALAROGLU: 17 Noyabr 2010 16:36
     
    Yaşayır: Bakı
    Əsərlərin sayı: 56
    Resenziyalar: 417
    Status: Şair
     
    bayrami,
    Dəyərli və səmimi fikirlərini səmimi də qəbul edirəm. Hər zaman da tənqid olunmağın tərəfdarı olduğumu dəfələrlə bildirmişəm. Düşünürəm ki, belə səmimi tənqidlər insanın inkişafına böyük təkan verir.

    --------------------
    Mənim üçün SÖZ mənadır, MƏNA həyatdır, HƏYAT sevgidir, SEVGİ isə həyat kimi mənasızdır!!!
    Yazdı: ELDAR: 17 Noyabr 2010 19:25
     
    Yaşayır: Bakı şəhəri
    Əsərlərin sayı: 117
    Resenziyalar: 435
    Status: Şair
     
    Şair dostum Meherrem AGALAROGLU şeiri maraqla oxudum. Yaxşı şeirdir. Kiçicik qeydlərim: Zənnimcə,
    ey sevgilim, ey gözəl müraciətləri bir qədər rəsmi səslənir. Yəni--
    ay sevgilim, ay gözəl olsa daha yaxın, daha məhrəm olardı.
    Əziz dostum, adətən şam- məşuq olur, pərvanə- aşiq !!! Yəni aşiq kiminsə başına dolanır, onun başına dolanmırlar. Yəni belə şeylərə diqqət yetirməyini xahiş edirəm.
    Birinci bənd çox xoşuma gəldi. 5 xal !
    Uğurlar !!!

    --------------------
    Həsrət məhəbbəti çəkəndə dara,
    Dünya sevincindən geyəndə qara,
    ALLAHIN əmriylə hər gün Eldara,
    Fələklər ah çəkər, mələklər ağlar !
    Yazdı: Meherrem AGALAROGLU: 17 Noyabr 2010 21:12
     
    Yaşayır: Bakı
    Əsərlərin sayı: 56
    Resenziyalar: 417
    Status: Şair
     
    ELDAR,
    Dostum, sən də haqlı tənqidinə görə çox sağ ol. Uğurlar

    --------------------
    Mənim üçün SÖZ mənadır, MƏNA həyatdır, HƏYAT sevgidir, SEVGİ isə həyat kimi mənasızdır!!!
    Yazdı: Necmeddin: 18 Noyabr 2010 06:36
     
    Yaşayır: --
    Əsərlərin sayı: 61
    Resenziyalar: 2480
    Status: İlin şairi - 2011
     
    Məhərrəm uğurlar arzu edirəm sənə.Yəqin ki,dostum nöqsanlarla razısan.Əsas odur ki,daim inkişaf etdiyini özün hiss edəsən.

    P.S.MÜTALİƏ etmək insanın söz ehtiyyatın çoxaldır.Maşallah müasir dövrdə kitab qıtlığı yoxdur.Sən dediyin kitabı sənə verə bilərəm Bakıda yaşayırıq şükür ikimizdə.

    --------------------
    Şeir - Allahın şairin qulağına pıçıldadığı sözlərdi.
    Yazdı: Meherrem AGALAROGLU: 27 Noyabr 2010 15:29
     
    Yaşayır: Bakı
    Əsərlərin sayı: 56
    Resenziyalar: 417
    Status: Şair
     
    Necmeddin,
    Tənqidlərlə razı olsam da sənin "İNKİŞAF ETDİYİNİ ÖZÜN HİSS EDƏSƏN" fikrinlə razı deyiləm. Çünki hər kimsə özişindən razı olduğunu, inkişafını hiss etsən yarıyolda qalar. Mən hesab edirəm ki, mənim şerlərimdən, şair kimi inkişafımdan məndən çox tənqidçilər və oxucular hiss edib, razı qalsalar daha yaxşı olar.

    --------------------
    Mənim üçün SÖZ mənadır, MƏNA həyatdır, HƏYAT sevgidir, SEVGİ isə həyat kimi mənasızdır!!!
    Məlumat
    "Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər. Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz Login adınızla sayta daxil olun!
    ......................................................
               Reklam
     
               Ən fəal şərhçilər
     
    Necmeddin
    Resenziyaların sayı: 2480
    Əsərlərin sayı: 61
    bayrami
    Resenziyaların sayı: 1548
    Əsərlərin sayı: 155
    sekineilyasqizi
    Resenziyaların sayı: 1183
    Əsərlərin sayı: 72
    sefer
    Resenziyaların sayı: 1072
    Əsərlərin sayı: 168
    QezelXan
    Resenziyaların sayı: 1035
    Əsərlərin sayı: 108
    Saxavat
    Resenziyaların sayı: 953
    Əsərlərin sayı: 289
    Aygun Rehimli
    Resenziyaların sayı: 899
    Əsərlərin sayı: 280
    Samir Qara
    Resenziyaların sayı: 881
    Əsərlərin sayı: 43
    QABIL EDALET
    Resenziyaların sayı: 666
    Əsərlərin sayı: 78
    ilashka
    Resenziyaların sayı: 632
    Əsərlərin sayı: 31

               Sosial şəbəkə
     
               Reklam
     
                İlin şairi 2011
      "İlin şairi" müsabiqəsində
    səsvermə sona çatdı.

    Nəticələr:
      1-ci yer: Necmeddin
      2-ci yer: QABIL EDALET
      3-cü yer: Rauf

    Sona çatmış bütün sorğuların nəticələrinə burada baxa bilərsiniz.

             Ölkələr üzrə statistika
      free counters
             Son Qeydiyyatlar
     
  • cuku
    icesausidedly
    carpinteyroxbq
    Vopegropova
    carpinteyroyrd
    Blatnoy xuliqan
    gomfolt
    rhfhfgweq
    esya
    werwre759
  •          Şeirlər tarixlə
     
    «    May 2012    »
     
    1
    2
    3
    4
    5
    6
    7
    8
    9
    10
    11
    12
    13
    14
    15
    16
    17
    18
    19
    20
    21
    22
    23
    24
    25
    26
    27
    28
    29
    30
    31
     

    Copyright © 2010 Misra.Az
    Saytdakı materialların istifadəsi zamanı müəllifin və saytın adını göstərmək mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Redaksiya saytdakı materialların mətninə görə məsuliyyət daşımır.
    Bizimlə əlaqə: admin@misra.az