DataLife Engine > Satirik şeirlər > KÜL QOYUM OĞUL BAŞINA
KÜL QOYUM OĞUL BAŞINA7 Sentyabr 2010. : Roma Xosrov |
|
••Ay arvad kimi deyinən,
•Kül qoyum oğul başına. •Əyninə yubka geyinən, •Kül qoyum oğul başına. ••Sığallıdır qız tək tənin, •Ayaq altda düşüb mənin, •Nazın yerə sığmır sənin, •Kül qoyum oğul başına. ••Baxmırsan gözəl canana, •Qaxınc olmusan anana, •Göz-qaş edirsən oğlana, •Kül qoyum oğul başına. ••Əl gəzdirirsən özünə, •Sürmə çəkirsən gözünə, •Pudra yaxırsan üzünə, •Kül qoyum oğul başına. ••Yerişin aldadır çoxun, •Yüz metirdən gəlir duxun, •Hər gün anılır varyoxun, •Kül qoyum oğul başına. ••Deşdirmisən qulağını, •Şişirtmisən dodağını, •Laklamısan dırnağını, •Kül qoyum oğul başına. ••Qəm çəkir şair ilhamı, •Əridir bu yazıq şamı, •Bir ağızdan deyir hamı, •Kül qoyum oğul başına. |