DataLife Engine > Satirik şeirlər > TOYUQDU BU

TOYUQDU BU


30 Avqust 2010. Ðàçìåñòèë: Roma Xosrov
•Güllə atsan oyanmaz,
•Nə yaman sayıqdı bu.
•Səhərlər gözü görmür,
•Hər gecə ayıqdı bu.
•
•Küsdürərsən barışmaz,
•Bir işinə qarışmaz,
•Söy üzünə danışmaz,
•Sanki bir oyuqdu bu.

•Rüşvət tutubdur gözün,
•Eşidən yoxdur sözün,
•Gördü güzgüdə özün,
•Qorxudan bayıqdı bu.

•Bir kəsə etməz xətər,
•Xox etsən o da yetər,
•Arxanca dil-dil ötər,
•Qarşında toyuqdu bu.

•Görən yox istedadın,
•Hər gün dəyişir adın,
•Gah kişidir, gah qadın,
•Yelkənsiz qayıqdı bu.

•Bu ki ölübdür Allah,
•Danladım etdim günah,
•Gedib rəhmətə vallah,
•Buz kimi soyuqdu bu.

Âåðíóòüñÿ íàçàä