Etdiyin həcv gətirməz o qədər dadə səni, Bizə etməkdə hücum, etdi nə amadə səni?
Sənə Allah o müqəddəsliyi ta etmiş əta, O müqəddəsliyin ilə edəcəksənmi xəta? Kimsənin qəlbini incitməyini bilmə rəva, Özünü etmə mürəkkəb, tanıyaq sadə səni, Hansı fikrindi edən bir belə zay, adə, səni? Bizə etməkdə hücum, etdi nə amadə səni?
Səni çaşdırmadadır üzdə olan feli-filan? Ay canım, səndə də var, söylədiyin bizdə olan. Üzün altında qızıl mədəni, toz-üzdə olan, Üzü yox, bətni ara, bənzədək ustadə səni. Etdiyin həcv gətirməz o qədər dadə səni, Bizə etməkdə hücum, etdı nə amadə səni?
Dostların eybini axtarmada pərgar kimisən, Dostlarındır sənə yar, onlara sən yar kimisən, Dostluğun üzdəmi, yaxud üzə astar kimisən? Belə olduqda qağa, kim çağırar dadə səni, Salmayaq yadə səni, ya da sataq yadə səni? Etdiyin həcv gətirməız o qədər dadə səni, Bizə etməkdə hücum, etdi nə amadə səni?
Söz ki, var “xəlqi-ara”, söz də ki, var “hülqi-ara”, Dostunun sirrini heyvan kimi, az çək bazara!... Yazıram amma, bu sözlər də yaraşmaz yazara, Bilmirəm sözlə edim məın necə ifadə səni, Çaşdırıb “badə səni, ya də verib badə səni”? Etdiyin həcv gətirməz o qədər dadə səni, Bizə etməkdə hücum, etdi nə amadə səni? -------------------------------------------------- Müəllif: Səxavət QAFARLI
Çap etmək
|