Saytda artıq 2833 müəllif qeydiyyatdan keçib və 5502 əsər dərc olunub.
Dərc olunan əsərlərə 20910 resenziya yazılıb.
Sizi də qeydiyyatdan keçib əsərlərinizi dərc etməyə
dəvət edirik!
"Məşhur əsərlər" siyahısına əsərlər oxunmaların və resenziyaların sayına görə, həmçinin əsərin reytinqinə əsasən daxil olur. Siyahıya yalnız son bir həftə ərzində dərc olunan əsərlər daxil ola bilər. Əsəri qaldırmaq xidmətindən istifadə olunduqda şeir əlavə 7 gün siyahıda yer tuta bilər.
Müəllif: Saxavat | 14 Dekabr 2011 | Oxunub: 279| Yadda saxlamaq:
İşləyib bir quruca maaşa verən can deyiləm, Eləsi olsa da çox, mən daha nadan deyiləm.
Çox büründüm palaza, ellə süründüm neçə vaxt, Tay-tuşum oldu nida, nöqtə göründüm neçə vaxt. Tapmağa öz yerimi xeyli ərindim neçə vaxt, İndi dövran dəyişib, ta elə oğlan deyiləm, Eləsi olsa da çox, mən daha nadan deyiləm.
Hər yetən dərk eləməz "Levi" qazanc qaydasını- "Əl yusa hərgah əli, üz də görər faydasını". Dəyişir mən tək oğul sutkda bir modasını, Min dəfə şükr edirəm, cındır Həşimxan deyiləm, Eləsi olsa da çox, mən daha nadan deyiləm.
Fırlanır işlərimin çarxı, dəyib gözmü, yavaş? "Ola min bir yeyicin, bir deyicin olmaya kaş". Sən də şair, bu qədər tullama boştanıma daş, Çünki, rəsmən başa düş, cahibi-bostan deyıləm. Eləsi olsa da çox, mən daha nadan deyiləm.
Yaşayır: --
Əsərlərin sayı: 289
Resenziyalar: 953
Status: Şair
Səni bağrıma basıb öpürəm KƏRBƏLAYİ! Məgər bizim şair tayfasında inciməyə, küsməyə veto qoyan olub ki... Vallah, səni portalımızda görməyəndə, onda çox darıxıram və elə onda da səndən dünyalar qədər küsüb, inciyirəm, çünki, sənziz darıxdırıcı olur, özüm ölüm, düz sözümdür. SAĞ OL CANIM! Şeirin çox Ə'LADI. TƏŞƏKKÜR!!!
Yaşayır: KÜLƏKLƏR ŞƏHƏRİ
Əsərlərin sayı: 280
Resenziyalar: 899
Status: Şair
Hər yetən dərk eləməz "Levi" qazanc qaydasını- "Əl yusa hərgah əli, üz də görər faydasını". Dəyişir mən tək oğul sutkda bir modasını, Min dəfə şükr edirəm, cındır Həşimxan deyiləm, Eləsi olsa da çox, mən daha nadan deyiləm.!!! DAHA SƏNƏ SÖZÜM YOXDU, OĞLAN.ƏSL ABRAZAVONİSKİSƏN. UĞURLAR.
--------------------
Qəm divar deyil, uçuram, Yanmışam, oddan qaçiram. Nahaqq görsəm dil açıram, Vallah mən şair deyiləm.................
Məlumat
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər. Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz Login adınızla sayta daxil olun!