Dəccala etməsə bey'ət bir insan, Dəccal dəccallıqdan çəkilər o an.
Oldunuz Dəccala Allahım deyən, "Dəccal eşşəyinin xurmasın yeyən". Nə qədər çoxalıb sözü çeynəyən,- Qulaqlar da olub ta mazol inan... İnam fota gedib, qalmayıb güman, "Əl-aman, əl-aman, yenə əl-aman"!
Bir zaman "dördnala at çapa-çapa", Kütləvi surətdə Keçdiniz YAP-a. İndi dözmürsünüz bu "şarpa-şurp"a,- İslanıb, altından su axan saman? "Əl-aman, əl-aman, yenə əl-aman"!
Olubsuz "həsirsiz,- məmmədnəsirsiz", İndi çöldə qalıb, zağ-zağ əsirsiz. Verdiniz "zaçot"u onda kəsirsiz, Dəccalın əlində oldunuz kaman. "Əl-aman, əl-aman, yenə əl-aman"!
Ağa ağ demədiz, qaraya qara, Gəldı əlinizdən həqiqət zara. Artıq özünüz də düşdünüz tora, Bəlkə üstünüzə çoxalıb cuman? "Əl-aman, əl-aman, yenə əl-aman"!
Çap etmək
|