Saytda artıq 2833 müəllif qeydiyyatdan keçib və 5502 əsər dərc olunub.
Dərc olunan əsərlərə 20910 resenziya yazılıb.
Sizi də qeydiyyatdan keçib əsərlərinizi dərc etməyə
dəvət edirik!
"Məşhur əsərlər" siyahısına əsərlər oxunmaların və resenziyaların sayına görə, həmçinin əsərin reytinqinə əsasən daxil olur. Siyahıya yalnız son bir həftə ərzində dərc olunan əsərlər daxil ola bilər. Əsəri qaldırmaq xidmətindən istifadə olunduqda şeir əlavə 7 gün siyahıda yer tuta bilər.
Müəllif: Zemine Meherrem | 14 Aprel 2011 | Oxunub: 533| Yadda saxlamaq:
Xoşbəxtlik, xoşbəxtlik... arzular hər kəs, Çoxu boğaz üstü söyləyir əbəs. Qulaqlarda yuva qurubdur bu səs, Bir deyil, girir min dona xoşbəxtlik.
Xoşbəxtlik yoxsa ki, dövlət-vardımı? Kiməsə bir kürsü, görən, dardımı? Kimi də çalışır ala yardımı, Doya balaları, ola xoşbəxtlik.
Xoşbəxt olmaq üçün biri yar gəzir, O biri vəzifə, dövlət, var gəzir. Kimi də dilənir: “nəzir ver, nəzir!!!” Düz kimsə, yar ola ona xoşbəxtlik.
İllərlə üzləri gülməyənlər var, Tənhalıq əlindən çəkir ahu-zar. Ləl-gövhər içində qəlbi tari-mar, İstər sata onu, ala xoşbəxtlik.
Ürəyi arzuyla dolanlar qalıb, Bədbəxtlik ilanı onu tez çalıb. Olanın, olmazın əlindən alıb Görən qaytararmı dala xoşbəxtlik?
Hələ görünməyən var neçə üzün, Neçə səslənməyən avazın, sözün. Sönmüş ürəklərdə közərir közün, Fağırı, miskini ana xoşbəxtlik.
Nə varsa, hər biri Tanrısız boşdur. Xoşbəxtliksə ürkək, sirli bir quşdur. Xudaya! Qəlbimi Sən elə coşdur, Baxıban qibtədən sola xoşbəxtlik, Nola hər bacaya qona xoşbəxtlik!!!
Yaşayır: --
Əsərlərin sayı: 155
Resenziyalar: 1548
Status: Şair
Allah hər şeyi eşidəndir! 1) Bəzən anlaşılmaz misralar oxucunu pərt edir: KİMƏSƏ BİR KÜRSÜ, GÖRƏN, DARDIMI? (bəlkə bəs eləmir demək istəyirsən) 2) XOŞBƏXTLİK fəlsəfi bir anlayış kimi bir neçə yönümdən araşdırılır. Mövzunun bu cür çözülməsini bəyəndim. Bu, şeirə elmilik verir. ( Dədə Füzuli ənənəsi yaşanır) Sondakı arzu-niyyətin də ürəyimdən oldu. Sağ ol!
Yaşayır: bakı
Əsərlərin sayı: 72
Resenziyalar: 1183
Status: Şair
Şeirdə düşündürücü,işıqlı misralar var.Amma bəzən publisistika,uzunçuluq lirizmin təsir gücünü azaldır.Bir az konkretliyə çalışın.Son bənd daha xoşdur.
Yaşayır: Bakı
Əsərlərin sayı: 57
Resenziyalar: 154
Status: Şair
salam, Bayrami müəllim, Bəli, mən demək istəyirdim ki, 1 kürsü azliq edir, ona elə gəlir ki, 1-ində oturmq siniq stulda oturmaq rimidir, və özünü rahat hiss etmək üçün bir neçəsi lazım gəlir.
Obyektiv baxışınıza görə Minnətdaram!
Salam, Səkinə xanım. Bəli, mən elə öncədən bu haqqda düşünmüşdüm, hətta bilirdim, hansi bəndi ləğv etməliyəm, amma heyfim gəlirdi, onunçün də oxucuların sərəncamına buraxdım.
Yaşayır: --
Əsərlərin sayı: 8
Resenziyalar: 189
Status: Şair
zemine xanim,reyimden narazi oldunuz. men tenqidci olmasam da az cox mutalie eden oxucu kimi werinizi diqqetden kecireceyem. 1ci bend Çoxu boğaz üstü söyləyir əbəs.(nəyi söyləyir?) Qulaqlarda yuva qurubdur bu səs,(hansı səs?) 2ci bend cox ugursuzdur,poetikliyi yoxdur,qafiye xatirine yazilmiş nezmdir. 3cu bend Birisi vəzifə, dövlət, var gəzir.(tekrar fikir) Düz kimsə, yar ola ona xoşbəxtlik.(evvelki misralarla mentiqi bagliligi yoxdur,sadece arzudur) biri,birisi,biri de sozleri nece ardicilliqla işlene biler?! 4cu bend gulmeyenler var işlənib 1ci misrada. 2 və 3cu misralardaki cekir ve qelbi sozleri təkdədir ve uzlaşmırlar.(gulmeyenler sozu ile) İstər sata onu, ala xoşbəxtlik.(neyi sata? qelb sozu tesirlik halda işlenmeyib) 5ci bend Ürəyi arzuyla dolanlar qalıb,(niye harda neycun qalib?) Bədbəxtlik ilanı onu tez çalıb.(bedbextlik ilani ugursuz benzetmedir ve dolanlar ile ona uzlaşmir) Olanın, olmazın əlindən alıb Görən qaytararmı dala xoşbəxtlik?(neyi dala qaytarar?) 6ci bend Hələ görünməyən var neçə üzün, Neçə səslənməyən avazın, sözün.(2ci misrani nezere alsaq var sozu yerinde işlenmeyib) Fağırı, miskini ana xoşbəxtlik.(menasiz) xitab obyekti namelumdur 7ci bend Nə varsa, hər biri Tanrısız boşdur.(ne varsa(demeli var)her biri boşdur(her şeyi Allah yaradibsa nece boşdur?) fikir natamamdir) xudaya,baxiban arxaik sozlerdir...
hemqafiye kimi işlenilmiş sozler----dona ola ona ala dala ana sola qona_(bu sozler hacandan hemqafiye sayilir?) başqa ne deyim axi? hele men adi bir oxucu kimi bu qeder qusur tapdimsa,gorun adi tenqidci bu "şeir"de neler tapar....
Yaşayır: Bakı
Əsərlərin sayı: 57
Resenziyalar: 154
Status: Şair
Bu dəfə obyektiv olduğunuz üçün iradlarınızı qəbul etməyə çalışacam.
1)Çoxu boğaz üstü söyləyir əbəs.(nəyi söyləyir?) Qulaqlarda yuva qurubdur bu səs,(hansı səs?)
Hamı biri -birinə xoşbəöt ol söyləyir, arzulayır, amma çox vaxtı sözün mahiyyətinə varmır.
2)2ci bend Sizinlə tam razı deyiləm, subyektiv fikir olduğu üçün, lakin bu bənddə daha bir oxucu tərəfindən irad tutulduğuna görə müdafiyəm azdır.
3)"3cu bend Birisi vəzifə, dövlət, var gəzir.(tekrar fikir)" bununla tam razıyam, sayənizdə dəyişiklik etdim, sağ olun.
"Düz kimsə, yar ola ona xoşbəxtlik.(evvelki misralarla mentiqi bagliligi yoxdur,sadece arzudur)" Razı deyiləm,sadəcə subyektiv fikirdir, çünki əvvəlki misralarda cürbəcür məqsədli insanların xoşbəxliyə can atdığı göstərilir, amma şəxsi xoşbəötlik, yalniz insanin özünə bu hissləri gətirməkdən başqa, ən azı cəmiyyətə ziyanı olmamalı və ən əsası, Allahın iradəsinə zidd olmamalıdır. Ona görə də öz arzumla Allahın ixtiyarına buraxdım.
"4cu bend gulmeyenler var işlənib 1ci misrada. 2 və 3cu misralardaki cekir ve qelbi sozleri təkdədir ve uzlaşmırlar.(gulmeyenler sozu ile)"
Bununla da razi deyiləm.Bilirəm ki, fel şəxsə və kəmiyyətə görə dəyişir, ancaq mübtəda bəzi hallarda cəmdə olanda xəbərlə uclaşır. baxın, bir primitiv nümünə: "Camaat toplantıya tələsir", axı tələsirlər desək ən azı gülməli olar. Şerdə isə inversiya pozulmasına icazə verilir.
"İstər sata onu, ala xoşbəxtlik.(neyi sata? qelb sozu tesirlik halda işlenmeyib)"
Nəyi sata??? Ləl-güvhər adında varlığı. TƏSİRLİK HAL sualı: kimi? nəyi? (nə?) Demək istəyirsiniz ki, "qəlbini tari-mar" yazmalı idim???
5ci bend "Ürəyi arzuyla dolanlar qalıb,(niye harda neycun qalib?) Bədbəxtlik ilanı onu tez çalıb.(bedbextlik ilani ugursuz benzetmedir ve dolanlar ile ona uzlaşmir)
niyə qalıb? Çünki onların istəkləri ilə imkanları üst-üstə düşməyib. Karl Marksı yada salın. "harda qalıb?" Arzu harda yaranırsa elə orda da qalıb, yəni ürəkdə.Məyər bunu başa düşmək o qədər mürəkkəbdir? Neyçün qalıb? Siz mənə irad tutursuz, amma üzünüz təkrarçılığa yol verirsiz. Neyçün də elə niyənin sinonimidir. Bənzətməmi uğursuz sayırsınızsa, fikrinizə ehtiramla yanaşacağam, amma yenə də bu Sizin subyektiv fikrinizdir.
"Olanın, olmazın əlindən alıb Görən qaytararmı dala xoşbəxtlik?(neyi dala qaytarar?)" Axı orda açıq-aydın deyilir OLANIN-OLMAZIN.
Yaşayır: Bakı
Əsərlərin sayı: 57
Resenziyalar: 154
Status: Şair
Hələ görünməyən var neçə üzün, Neçə səslənməyən avazın, sözün.(2ci misrani nezere alsaq var sozu yerinde işlenmeyib)
bununla heeeç razılaşmıram. "Var" sözünü nə ilə və niyə dəyi.məliyəm, bu ki daha həddən frtıq oldu.
"Fağırı, miskini ana xoşbəxtlik.(menasiz) xitab obyekti namelumdur"
Deyərdim, sizin burada iradınız mənasızdır. Orda heç xitab var??? Yenə də arzu və istək işlədilib.
"7ci bend Nə varsa, hər biri Tanrısız boşdur.(ne varsa(demeli var)her biri boşdur(her şeyi Allah yaradibsa nece boşdur?) fikir natamamdir)"
Sizdə fantaziya qıtlığı var. Hər şeyi ideallaşdırmağa çalıçırsız. "Boşdur" burada mənasızdır kimi işlənib.Fikir harda natamam olduğunu göstərməmisiniz, yenə də mənasız.
"xudaya,baxiban arxaik sozlerdir..."
Nə vaxtdan arxaik sözləri şerdə istifadə etməyi qadağan ediblər??? Məhz elə belə sözlər şerə şirinlik verir, deyəsən xəbəriniz yoxdur ki, yeni leksikamıza daxil olan sözlər hərdən çox gülməli və qıcıqlandırıcı olur? Məsələn: nəfəskeş, sərinkeş və s. Xudaya sözü arxaik olsaydı müasir lüğətlərdə öz əksini tapmazdı, məsələn, Polyglotda. Yazanda 1000 yoxlayıb 1 yazın.
"hemqafiye kimi işlenilmiş sozler----dona ola ona ala dala ana sola qona_(bu sozler hacandan hemqafiye sayilir?)"
Nəzərinizə çatdırım ki, 1-ci bənd 3-cü, 2-ci bənd isə 4-cü ilə həmqafiyə ola bilər. daha nə iradiniz var???
Yaşayır: --
Əsərlərin sayı: 8
Resenziyalar: 189
Status: Şair
tehqire kecmeyin,paxilliq filan lazim deyil,burada sadece weir haqda sohbet muzakire gedir,wexsiyyet haqda yox... o ki qaldi "weir"inize,men tenqid eledim,siz cavab verdiniz,qoy oxucu ozu qiymetlendirsin. size ugurlar deye bilerem sadece...