Saytda artıq 2832 müəllif qeydiyyatdan keçib və 5495 əsər dərc olunub.
Dərc olunan əsərlərə 20886 resenziya yazılıb.
Sizi də qeydiyyatdan keçib əsərlərinizi dərc etməyə
dəvət edirik!
Müəllif: Vusal Huseyn
Əsər: Dünya əyri göstərir.
Oxunub: 36 | Resenziyalar: 4
___________________________
"Məşhur əsərlər" siyahısına əsərlər oxunmaların və resenziyaların sayına görə, həmçinin əsərin reytinqinə əsasən daxil olur. Siyahıya yalnız son bir həftə ərzində dərc olunan əsərlər daxil ola bilər. Əsəri qaldırmaq xidmətindən istifadə olunduqda şeir əlavə 7 gün siyahıda yer tuta bilər.
Müəllif: Adil Türkoğlu | 8 Yanvar 2012 | Oxunub: 118| Yadda saxlamaq:
Haram şeydən dadalara, cümlə yazığa baxmışam. Dindən geridə qalanlarda külli nəticə görmüşəm. Tərbiyədən xəbərsizi görüb tədbirim almışam. Tərbiyəsiz olan kəsdə külli nəticə görmüşəm
Ey insani keyfiyyəti toplayan ey insan oyan. Sən günahsız doğulmusan nə qədər olar günah dayan. Yoxmu sənə o dünyanı, cəhənnəmi zərrə ayan? Ölənlərdə, qalanlarda külli nəticə görmüşəm.
Gördüm haram olan şeylər təkcə bədbəxtlik verərmiş. Ağılsızlar, yelbeyinlər səfil həyat sürərlərmiş. İradəsi olan kəslər hər əzaba dözərlərmiş. Hər əzaba dözərək mən külli nəticə görmüşəm.
Hey deyirəm haramdır bu, deyir namaz qılanlara. Hey deyirlər dərdliyik biz, dərdimizdən keflənirik. Deyirəm ki, nə yarımçıq? Hər şeyiniz bütöv, tamam. Ailəniz də sapasağlam, Canınız da sapasağlam. Sapasağlam durub baxıb külli nəticə görmüşəm.