Axirətin zəmisidir deyirlər, Əməllərin, gəmisidir,deyirlər, Dünyaların, ən pisidir deyirlər, Bu dünya fanidir, yalan dünyadır,
Yaranandan xeyir və şər nağılıdır, Hər insanın var dövləti ağlıdır, Qaytarmaz geriyə, yolu bağlıdır, Verdiyini, bir-bir alan dünyadır,
Arzu adlı, tələ donu geyibdir, Mal sevgisi möminlərə eyibdir. Yüz iyirmi dörd min peyğəmbər deyibdir, Aldanmayın, dünya yalan dünyadır,
Qurtuluşu göydən enən qurandır, Oxu, gör ki, dünya bir imtahandır, Üçüncüsü yoxdur, iki cahandır, Sonda yerlə yeksan olan dünyadır.
Rəhimli, qiyamət bir gün gələcək, Ümidin, peşiman donu geyəcək, O dünyada, vallah hamı deyəcək, Bu dünya fanidir, yalan dünyadır,
Çap etmək
|