Odur yeri, göyü, bizi xəlq edən. Odur, min dərd olsa, min bir həbb verən. Odur, yaşamaqçün bizə təbb verən, Yaxşını, yamanı,görəndi tanrım. Odur yaxşılara, cənnət bəxş edən. Quru cismimizə, ruhu nəqş edən. Günahı əhv edən, dərddən hifz edən, Qadirdi, kərimdi, rəhimdi tanrım.
Müşkülü, səbrlə həllə yetirən. Quru səhralara,”zəm-zəm”gəitirən. Musanı,dəryadan əl tək ötürən, İsanı,qeybindən verəndi tanrım.
Odur,bəndəsinə Qur`anı verən. Beş kərə namazı,duanı verən. Peyğəmbəri, 12 imamı verən Böyükdü,əzimdi,əkrəmdi tanrım.
Rəhimliyəm o, hər an dilimdədir. Günahkar olsam da, köməyimdədir. Məkkəm, Kərbəlamda, Mədinəmdədi, Yerdədi, göydədi, məndədi tanrım.
Çap etmək
|