Adı, tək ümidim, pənahım olan, Dərgahı, cənnətim, rifahım olan, Yanında, dağ boyda günahım olan, Uca yaradana, sığınmışam mən.
Paklığa çağrışdı, hər azan səsi, Sabahım açar, ya Allah kəlməsi. Yaxşıya pay olsun, tanrı kölgəsi, Uca yaradana, sığınmışam mən.
Nəzəri, sevgisidir ehtiyacım, Məkkəm, Mədinəmdi nurum, baş tacım, İmanda saflığım, haqqda əlacım, Uca yaradana, sığınmışam mən.
Rəhimlini nura, zərə bələyib, Şükr eləyin, mömin olun, söyləyib. Ondan səbr və mərhəmət diləyib, Uca yaradana, sığınmışam mən.
Çap etmək
|