Sən lal ümidlərin, dil arzususan, Təşnə tək yanana, bir içim susan, Adınla başlasam, hər müşkül asan, Şükrümün,duamın, ünvanı Allah.
Qaranlıq gecəmin, doğan günəşi, Donmuş ürəyimin,odu atəşi, Gözəl təbiət,tanrının əl işi, Canımdı, adının qurbanı Allah.
Bismillah –dı, sənə gedən hər addım, Ya Hadi söylədim, namazı daddım, Səni duymayınca, özümə yaddım, Taleyin açarı, fərmanı Allah.
Tövbə qapın açıqdı, gündüz,gecə. Arıf olan gərək, haqq yolun seçə, Tək o bilir, köçəcəyik biz necə, Min bir adın, uca Rəhmanı Allah.
La ilahə illəllah-ın yox tayı, Göndərilər hər kəsin ruzi payı, Günahdan islahdı Ramazan ayı, Yazdı, on bir ayın sultanı Allah.
Səni zikr edən, səbrli,əzimli, Səndən gəlir deyə, dərdə dözümlü. Yaradanın bir adı da, Rəhimli, Sağalmaz yaramın, dərmanı Allah.
Çap etmək
|