Hə güllələyərdim sizi məmuniyyətlə (Azad söz) Anlada bilmirəm qabiliyyətlə- -ki,barışın məğlubiyyətlə. Nə güllələrdim sizi- -məmuniyyətlə.
Söz necə ucuzlaşıb, Şeyriyyat cılızlaşıb. Hamı şeir yazandı, Təssüf ki,boş qazandı.
Ədəbiyyatımızı korlayanları- -yandırardım diri-diri, Sözlərə bax mənasız- -necədə yazıb iri-iri. Ustadları yad elə, Yeni söz icad elə. Demə deyilmişləri, Çoxdan yeyilmişləri. Həzm elə tənqidimi, Çün tapıb təsdiqini. Düşün yaz qalma dala, Təfəkkürüvü qurdala. ...İbrət götür sözümdən, Düşmüsən sən gözümdən.., Çıxarma məni özümdən. Sən kitab buraxandan itib- -kitaba maraqlar..., Cildi çox bahalıdır,- -şəkillidir varaqlar. Füzuli ön söz yazar yüz illərdi- -ölsədə, Ürəyi partlayıb ölər Mirzə Cəlil- -dönsədə... Əlin cibində olsun- -çətin dalda qalarsan, ...gic-gic yazsanda bilki, -xalq şairi olarsan. Fəxri adlar pulladır, Müxtəlif üsulladır. ...Elə yaz ki,töhfə ver sən- -ədəbiyyatımıza, Zövq ver yaşat,şad elə- -rəng qat həyatımıza. Bəsdi yazdın gözəlin- -dalından-qabağından, Yazginən məmurların yaltaq- -həm yalağından, Kefindən damağından. ..Bu yandanda yazginən- -maaşın azlığında, Kasıbın aclığından,- -,şalvarın yamağından- -varlının tamahından. Nazırin xalq puluyla yeyib- -kökəlməyindən, Balasının haramla durub- -dikəlməyindən. Dövlətin bu ölkəni dağıdıb- -sökməyindən. Alimin bu ölkədə acından- -ölməyindən. 37-nin geri qayıdıb dönməyindən. ...Düşünən baş ölməli, Ax necədə gülməli. Bilməlisən,bilməli ki,- -bu gedişat durmalı, -vurmalı çox vurmalı- -yalanı susdurmalı... Əyrini əyri tək yaz- -düzüdə ki,düz kimi, Bəlkə qələmlə sildik- -bu ölkədən nisgini. Çalış ki,həmişə ol həqiqətin carçısı, Vətənin qəhrəmanı xalqının yardımçısı. Sözü qiymətdən salma söz bizə yadıgardı, İncilər yarat ondan nə qədər ki,o vardı...
Samir Qara (Mikayılov)
Çap etmək
|