DataLife Engine > Qoşma > Aparır

Aparır


5 Sentyabr 2010. : sekineilyasqizi
Dünən ağacları aparan külək
Bu gün təpələrdən duman aparır.
Dolaşıb dünyanın işləri tamam,
Ümidi sındırır,güman aparır.

Çoxdu halal gəzən,tökən tərini,
Dolandıra bilmir təkcə sərini;
Yüksəkdə tuturlar pulun yerini,
Adamdan huş alır,iman aparır.

Yerlinin yerini yersizlər almış,
Yaxşılıq eləmək başa avalmış,
Tamahkar niyyətli-andıra qalmış
Hayes baş ağrıdır,zaman aparır.

Hikmətdən dərs verir dünənki darğa,
Dəyişir yeriş-duruşunu yorğa;
Kor ol,ay Səkinə,dağıl,a dünya!-
YAXŞINI MƏZARA YAMAN APARIR!..