Daha bizim dövran gəldidə getdi, Verdik boş-boşuna ötən günləri. Biz seçdik payızı,ötürdük bada, Baharda gül,çiçək bitən günləri.
Hərdən bir xəyalın gəlir gözümə, Onda hirslənirəm özüm-özümə. Daha yox faydası,dolanıb,gəzmə, Axtarsan tapmazsan itən günləri.
Yesən qəm loxması uda bilməzsən, Dərdini-sərini ata bilməzsən. Qaçsan arxasınca tuta bilməzsən, Yel kimi yanından əsən günləri.
Həftə aya dönər,aylar olar il, Kimə bel bağlayıb,sevdiyini bil. Qürbətin ilinə vermərəm könül, Cənnətdir gözümdə vətən günləri.
Elvin,qalan ömrü ötürmə hədər, Bir də görərsən ki,karvanın gedər. Pozulmaz qüssədi,silinməz kədər, Qəlbinin qəlbimdən küsən günləri.
Çap etmək
|