DataLife Engine > --- > QORX Kİ
QORX Kİ17 Avqust 2010. : bayrami |
|
Nəyim vardı , bağışladım
Sənin mavi gözlərinə! Əvəzində, mənfur qadın, Göz çıxardın, qaş yerinə! Gözümdə qoydun kamımı, Mənliyimi verdin yelə! Varlığımı, qazancımı, Dənliyimi verdin yelə! Quldan artıq müti oldum, Mən səsimi çıxarmadım. Sən boynuma çatı saldın- Sürüdün, heç çığırmadım. Bazarlarda haray saldın, Satdın məni qulun kimi. Mən qayıdıb sənin oldum, Sənə sadiq qulun kimi. Qorx ki, şeytan əməllərin Bir gün dəli edər məni. İçimdəki bu nifrət, kin Yar qatili edər məni! |