DataLife Engine > Fəlsəfi şeirlər > MuÄźam

MuÄźam


28 Sentyabr 2011. Đŕçěĺńňčë: tornado1962
Bəlkə də Adəmi yaradan zaman,
Tanrı muğam üstə kökləyib canı?
Bəlkə də, Ər-rəhman oxunan o an,
Muğam üstə anlar insan duanı?

Cisimlə, ruhumun, canda vəhdəti,
Xaliqin izniylə olmuş bərqərar.
Qəzəl, musiqinin, gur məhəbəti,
Xanəndə səsiylə deyir: aman yar.

Nə xoş səda gəlir səslənəndə tar,
Sanki insan kimi danışır simlər.
Bu sadə səslərdə necə hikmət var,
Xalça tək könüldə salır ilmələr.

Qəzəl ustadları qafiyə qurar,
Danışar, Vahidin şux nəfəsiylə.
Hacı da təbiylə zəngula vurar,
Könüllər almağa dəfin səsiylə.

Muğamat var olar oxunsa qəzəl,
Necə ki, bülbülü gül çağıranda.
Qızıl payıza da yaraşar xəzəl,
Baxma yaşasa da, son baharında.

Âĺđíóňüń˙ íŕçŕä