DataLife Engine > Fəlsəfi şeirlər > Dünya fani, hÉ™yat qısa, can şırın!

Dünya fani, həyat qısa, can şırın!


26 Aprel 2010. Ðàçìåñòèë: tornado1962
Bu dünyaya gözlərini bağlama,
Ömür keçib yetsə sona, ağlama,
Ürəyimi göz yaşınla dağlama,
Dünya fani, həyat qısa, can şırın!

Min bir oyun açar fələk başına,
Yenə başın dəyər onun daşına,
Ahıl qoca, heç baxarmı yaşına?
Dünya fani, həyat qısa, can şırın!

Zamanında sevgi görsən, yayınma,
Hər sevənə Leyli deyib, bayılma,
Eşq saydığln bu yuxudan, ayilma,
Dünya fani, həyat qısa, can şırın!

İndi karvan çatar yolun sonuna,
İblis yenə girər mələk donuna,
Alar səni hansı məkan* qoynuna?
Dünya fani, həyat qısa, can şırın!

*Məkan deyəndə, cənnət və cəhənnəm
nəzərdə tutulur.

Âåðíóòüñÿ íàçàä