Xoş gəlmişsiniz!
Rəyinizi bildirmək, müəlliflərə şəxsi məktublar və hədiyyələr göndərmək, onlarla Sənət dostu olmaq və s. xidmətlərdən istifadə etmək üçün Sizi qeydiyyatdan keçməyə dəvət edirik.
İstər... » Milli Misralar
misra.az
Qeydiyyat
Parol yaddan çıxıb?

Saytda artıq 2832 müəllif qeydiyyatdan keçib
və 5495 əsər dərc olunub.

Dərc olunan əsərlərə 20886 resenziya yazılıb.
Sizi də qeydiyyatdan keçib əsərlərinizi dərc etməyə
dəvət edirik!

Soft portal
 
             Mündəricat
                    Bu ayın ən fəal şairləri
Ruslan Novres   50
Saxavat   49
Vusal Huseyn   32

            Məşhur əsərlər

Müəllif: abelveliyev
Əsər: Danışan yağış
Oxunub: 94 | Resenziyalar: 5
___________________________
Müəllif: Vusal Huseyn
Əsər: Ömür karvanı
Oxunub: 85 | Resenziyalar: 3
___________________________
Müəllif: Axundi
Əsər: Sən ayrılıb gedən gündən...
Oxunub: 88 | Resenziyalar: 6
___________________________
Müəllif: Axundi
Əsər: Qəribədir...
Oxunub: 73 | Resenziyalar: 8
___________________________
Müəllif: abelveliyev
Əsər: Bezdirdi mən olmaq məni
Oxunub: 51 | Resenziyalar: 8
___________________________
Müəllif: Ruslan Novres
Əsər: Ana ! 18. 04. 2008
Oxunub: 48 | Resenziyalar: 5
___________________________
Müəllif: Axundi
Əsər: Ey Allahın bəndəsi...
Oxunub: 51 | Resenziyalar: 6
___________________________
Müəllif: Ulvi Rovsen
Əsər: SƏFƏR BƏYƏ CAVAB
Oxunub: 50 | Resenziyalar: 7
___________________________
Müəllif: Vusal Huseyn
Əsər: Ayrılıq çox sevinməsin
Oxunub: 41 | Resenziyalar: 2
___________________________
Müəllif: Vusal Huseyn
Əsər: Dünya əyri göstərir.
Oxunub: 36 | Resenziyalar: 4
___________________________
"Məşhur əsərlər" siyahısına əsərlər oxunmaların və resenziyaların sayına görə, həmçinin əsərin reytinqinə əsasən daxil olur. Siyahıya yalnız son bir həftə ərzində dərc olunan əsərlər daxil ola bilər. Əsəri qaldırmaq xidmətindən istifadə olunduqda şeir əlavə 7 gün siyahıda yer tuta bilər.

                        Son resenziyalar
Yazan: Axundi
Mövzu: Mənim aləmim...
Yazan: Ruslan Novres
Mövzu: GÖRÜNMÜR
Yazan: Axundi
Mövzu: GÖRÜNMÜR

            Hədiyyələr
Shop.az   Ödənişli xidmətlər   Sənət dostlarım
 
 

İstər...

Müəllif: Axundi | 21 Fevral 2012 | Oxunub: 164| Yadda saxlamaq:
Çərxifələk dövr elədikcə nə qədərmiş təzadı?!
Gahi bəşər xeyir istər, gahi də şər, yaman istər!

Bir ahunun göz yaşına qıyan amansız ovçu da
O gün gələr bir "ahu gözlü"dən möhlət, aman istər!

Ağuşuna cəm eləyib məzluma zülm edən zalim
Əcəldən pay alan zaman, gözlərini yuman istər!

Fürsəti əldən verib, öz qəlbini viran eləyən,
Ağrılar içrə yenə bir ümid istər, güman istər

Hər nə qədər köksünə dağ çəksə də yar işvələri,
Hicrinə tuş gələn aşiq yenə də çən, duman istər!

Könlüm elə həbs olunub qüssə, qəmin zindanına
Taledən hər gün dil açıb məzhəb istər, iman istər!

Ruhum əlahiddə qidalanmaq üçün bir muğamın
Şəst ilə ifası üçün dəf ilə tar, kaman istər!

   Çap etmək
  
Əziz qonaq, lütfən qeydiyyatdan keçin.
 (səs sayı: 8)
      « Əvvəlki əsər: SƏN DEMƏ………… 
      » Növbəti əsər: Sevgillər günü 
Əsəri oxuyanlar (58)
  Oxşar misralar:
  • Istar
  • İstər
  • Ən böyük əsgər
  • İstər
  • Xeyir və şər
  •   Resenziyalar (8)  
    Yazdı: Aygun Rehimli: 21 Fevral 2012 18:29
     
    Yaşayır: KÜLƏKLƏR ŞƏHƏRİ
    Əsərlərin sayı: 280
    Resenziyalar: 899
    Status: Şair
     
    Könlüm elə həbs olunub qüssə, qəmin zindanına
    Taledən hər gün dil açıb məzhəb istər, iman istər!

    mənə bu daha yaxın oldu.sağ ol, QARDAŞIM.

    --------------------
    Qəm divar deyil, uçuram,
    Yanmışam, oddan qaçiram.
    Nahaqq görsəm dil açıram,
    Vallah mən şair deyiləm.................
    Yazdı: ilashka: 21 Fevral 2012 19:57
     
    Yaşayır: Baki
    Əsərlərin sayı: 31
    Resenziyalar: 632
    Status: Şair
     
    "Bir ahunun göz yaşına qıyan amansız ovçu da
    O gün gələr bir ahu gözlüdən möhlət, aman istər!"

    Gözəl şeirdir. Deyəsən dəyişiklik etmisən beytlərin yerində. 2-ci beytlə 3-cü beytin yerini dəyişmisən? Bayaq oxumuşdum, amma indi oxuyanda dəyişik gəldi mənə. Uğurlar!
    Yazdı: Saxavat: 21 Fevral 2012 23:40
     
    Yaşayır: --
    Əsərlərin sayı: 287
    Resenziyalar: 953
    Status: Şair
     
    Axundi qağama ATƏŞIN SALAMLAR!!!


    Dövr edir çərxi-fələk tərsinə ki, gəldi kələk?
    Biri ifritədi,- zahirdə olur huri-mələk...

    Ardını ana səhifədə....
    Yazdı: Axundi: 22 Fevral 2012 02:11
     
    Yaşayır: Bakı
    Əsərlərin sayı: 107
    Resenziyalar: 607
    Status: Şair
     
    Aygun Rehimli xanım təşəkkür edirəm!

    ilashka, (yaman diqqətlisən) İşdə elə bu "dərc" yerinə yazdım yerləşdirdim, sonra bir də oxudum, kiçik dəyişiliklər etdim, beytlərin də yerini bir-biri ilə əlaqələnsinlər deyə dəyişdim.

    Saxavat bəy, olur belə şeylər...
    Yazdı: Shemsi: 22 Fevral 2012 03:20
     
    Yaşayır: Bakı
    Əsərlərin sayı: 85
    Resenziyalar: 537
    Status: Şair - moderator
     
    Ruhum əlahiddə qida almaq üçün bir muğamın
    Şəst ilə ifası üçün dəf ilə tar, kaman istər!

    Bəh-bəh nə gözəl dadlı lətafətli təbin var
    Feyziyab oldu könül, dincliyə bir güman istər!

    --------------------
    Məni məndən soruşanlar bilirmi,
    Həm uşağam, həm cavanam, həm qoca.
    Baş yaşıma, yaş başıma tən deyil,
    Həm dərvişəm, həm bəzirgan, həm xoca!
    Yazdı: Axundi: 22 Fevral 2012 11:26
     
    Yaşayır: Bakı
    Əsərlərin sayı: 107
    Resenziyalar: 607
    Status: Şair
     
    Minnətdaram Şəmsi bəy, Allah razı olsun!
    Yazdı: Mustanger: 26 Fevral 2012 17:48
     
    Yaşayır: Baki
    Əsərlərin sayı: 0
    Resenziyalar: 52
    Status: Yeni şair
     
    Her beyt ozu bir werdir,bu beytler de sanki illerden beri gizledilmiw sirleri acmaq ucun bir acar var.Gozun gormeyi yetmir,gorduklerini derk etmek esasdir...Ehsen...Tebrikler...Axundi bey...
    Yazdı: Axundi: 27 Fevral 2012 09:20
     
    Yaşayır: Bakı
    Əsərlərin sayı: 107
    Resenziyalar: 607
    Status: Şair
     
    Minnətdaram, təşəkkür edirəm!


    Məlumat
    "Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər. Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz Login adınızla sayta daxil olun!
    ......................................................
               Reklam
     
               Ən fəal şərhçilər
     
    Necmeddin
    Resenziyaların sayı: 2480
    Əsərlərin sayı: 61
    bayrami
    Resenziyaların sayı: 1548
    Əsərlərin sayı: 155
    sekineilyasqizi
    Resenziyaların sayı: 1183
    Əsərlərin sayı: 72
    sefer
    Resenziyaların sayı: 1072
    Əsərlərin sayı: 168
    QezelXan
    Resenziyaların sayı: 1035
    Əsərlərin sayı: 108
    Saxavat
    Resenziyaların sayı: 953
    Əsərlərin sayı: 287
    Aygun Rehimli
    Resenziyaların sayı: 899
    Əsərlərin sayı: 280
    Samir Qara
    Resenziyaların sayı: 882
    Əsərlərin sayı: 43
    QABIL EDALET
    Resenziyaların sayı: 666
    Əsərlərin sayı: 78
    ilashka
    Resenziyaların sayı: 632
    Əsərlərin sayı: 31

               Sosial şəbəkə
     
               Reklam
     
                İlin şairi 2011
      "İlin şairi" müsabiqəsində
    səsvermə sona çatdı.

    Nəticələr:
      1-ci yer: Necmeddin
      2-ci yer: QABIL EDALET
      3-cü yer: Rauf

    Sona çatmış bütün sorğuların nəticələrinə burada baxa bilərsiniz.

             Ölkələr üzrə statistika
      free counters
             Son Qeydiyyatlar
     
  • icesausidedly
    carpinteyroxbq
    Vopegropova
    carpinteyroyrd
    Blatnoy xuliqan
    gomfolt
    rhfhfgweq
    esya
    werwre759
    filosof ali
  •          Şeirlər tarixlə
     
    «    May 2012    »
     
    1
    2
    3
    4
    5
    6
    7
    8
    9
    10
    11
    12
    13
    14
    15
    16
    17
    18
    19
    20
    21
    22
    23
    24
    25
    26
    27
    28
    29
    30
    31
     

    Copyright © 2010 Misra.Az
    Saytdakı materialların istifadəsi zamanı müəllifin və saytın adını göstərmək mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Redaksiya saytdakı materialların mətninə görə məsuliyyət daşımır.
    Bizimlə əlaqə: admin@misra.az