Xoş gəlmişsiniz!
Rəyinizi bildirmək, müəlliflərə şəxsi məktublar və hədiyyələr göndərmək, onlarla Sənət dostu olmaq və s. xidmətlərdən istifadə etmək üçün Sizi qeydiyyatdan keçməyə dəvət edirik.
Qaçır » Milli Misralar
misra.az
Qeydiyyat
Parol yaddan çıxıb?

Saytda artıq 2832 müəllif qeydiyyatdan keçib
və 5495 əsər dərc olunub.

Dərc olunan əsərlərə 20886 resenziya yazılıb.
Sizi də qeydiyyatdan keçib əsərlərinizi dərc etməyə
dəvət edirik!

Soft portal
 
             Mündəricat
                    Bu ayın ən fəal şairləri
Ruslan Novres   50
Saxavat   49
Vusal Huseyn   32

            Məşhur əsərlər

Müəllif: abelveliyev
Əsər: Danışan yağış
Oxunub: 94 | Resenziyalar: 5
___________________________
Müəllif: Vusal Huseyn
Əsər: Ömür karvanı
Oxunub: 85 | Resenziyalar: 3
___________________________
Müəllif: Axundi
Əsər: Sən ayrılıb gedən gündən...
Oxunub: 88 | Resenziyalar: 6
___________________________
Müəllif: Axundi
Əsər: Qəribədir...
Oxunub: 73 | Resenziyalar: 8
___________________________
Müəllif: abelveliyev
Əsər: Bezdirdi mən olmaq məni
Oxunub: 51 | Resenziyalar: 8
___________________________
Müəllif: Ruslan Novres
Əsər: Ana ! 18. 04. 2008
Oxunub: 48 | Resenziyalar: 5
___________________________
Müəllif: Axundi
Əsər: Ey Allahın bəndəsi...
Oxunub: 51 | Resenziyalar: 6
___________________________
Müəllif: Ulvi Rovsen
Əsər: SƏFƏR BƏYƏ CAVAB
Oxunub: 50 | Resenziyalar: 7
___________________________
Müəllif: Vusal Huseyn
Əsər: Ayrılıq çox sevinməsin
Oxunub: 41 | Resenziyalar: 2
___________________________
Müəllif: Vusal Huseyn
Əsər: Dünya əyri göstərir.
Oxunub: 36 | Resenziyalar: 4
___________________________
"Məşhur əsərlər" siyahısına əsərlər oxunmaların və resenziyaların sayına görə, həmçinin əsərin reytinqinə əsasən daxil olur. Siyahıya yalnız son bir həftə ərzində dərc olunan əsərlər daxil ola bilər. Əsəri qaldırmaq xidmətindən istifadə olunduqda şeir əlavə 7 gün siyahıda yer tuta bilər.

                        Son resenziyalar
Yazan: Axundi
Mövzu: Mənim aləmim...
Yazan: Ruslan Novres
Mövzu: GÖRÜNMÜR
Yazan: Axundi
Mövzu: GÖRÜNMÜR

            Hədiyyələr
Shop.az   Ödənişli xidmətlər   Sənət dostlarım
 
 

Qaçır

Müəllif: Shemsi | 7 Fevral 2012 | Oxunub: 155| Yadda saxlamaq:
Gecələrim yuxusuz,
Çiçəklərim qoxusuz.
İçim oddu, çölüm buz,
İçim çölümdən qaçır.

Könlüm nağıl istəmir,
Başım ağıl istəmir.
Saçım sığal istəmir.
Daraq telimdən qaçır.

Amanımı qıran söz,
İliyimi vuran söz,
İçimi yandıran söz,
Durmur, dilimdən qaçır.

Necə qaçaq bu şərdən,
Gedən gəlmir şəhərdən.
Hava, torpaq zəhərdən,
Bəşər zülümdən qaçır.


Həsrət, kədər uc-uca,
Yığılıb dağdan uca.
Haçandı Şəmsi Qoca
Vaxtsız ölümdən qaçır.

   Çap etmək
  
Əziz qonaq, lütfən qeydiyyatdan keçin.
 (səs sayı: 4)
      « Əvvəlki əsər: BİRİ VARDI, BİRİ YOX.-----N. KƏSƏMƏNLİNİN ƏZİZ XATİRƏSINƏ 
      » Növbəti əsər: Biləsən 
Əsəri oxuyanlar (45)
  Oxşar misralar:
  • O DA SƏN TƏK QAÇIR MƏNDƏN UZAĞA
  • Baxmir
  • Şəki.
  • İstərəm
  • Gecələr
  •   Resenziyalar (14)  
    Yazdı: rena61: 7 Fevral 2012 21:02
     
    Yaşayır: bakı
    Əsərlərin sayı: 0
    Resenziyalar: 26
    Status: Yeni şair
     
    Əsl sufi şeiri! Əladır Şəmsi bəy! Sizin yaradıcılığınızdakı bu xətti həmişə bəyənmişəm. Yəqin ki "Müasir poeziyamızda sufi şeiri" məqaləmi oxumusan. Bu şeirin də həmin şeirlərdən biridir. Səndə bu mövzular yaxşı alınır.
    Yazdı: Aygun Rehimli: 7 Fevral 2012 21:04
     
    Yaşayır: KÜLƏKLƏR ŞƏHƏRİ
    Əsərlərin sayı: 280
    Resenziyalar: 899
    Status: Şair
     
    İçim oddu, çölünm buz,

    BURDAKI MEXANİKİ SƏHVİ DÜZƏLDİN.
    ŞEİR GÖZƏLDİR.MƏNİM BİR ŞEİRİMİ YADIMA SALDI.


    ÇOX DAŞ KƏSƏK AYAQ GÖRÜB,
    DƏRDLƏR MƏNİ OYAQ GÖRÜB.
    BAŞIM ANCAQ DAYAQ GÖRÜB,
    BİR SIĞALA MÖHTACAM.

    DOYMUŞAM KƏNDDƏN, ŞƏHƏRDƏN,
    BEZMİŞƏM DƏRDDƏN, KƏDƏRDƏN.
    KÖRPƏ UŞAQ KİMİ HƏRDƏN,
    BİR NAĞILA MÖHTACAM.

    AÇDIM ÖMÜR DƏFTƏRİMİ,
    OXUDUM XƏRC, NƏFLƏRİMİ.
    DÜŞÜNÜRƏM SƏHVLƏRİMİ,
    BİR AĞILA MÖHTACAM.

    --------------------
    Qəm divar deyil, uçuram,
    Yanmışam, oddan qaçiram.
    Nahaqq görsəm dil açıram,
    Vallah mən şair deyiləm.................
    Yazdı: Shemsi: 7 Fevral 2012 21:13
     
    Yaşayır: Bakı
    Əsərlərin sayı: 85
    Resenziyalar: 537
    Status: Şair - moderator
     
    Sağ olun Rəna xanım. Oxumuşam. Gözəl ədəbi-tənqidi yazıdır. Təşəkkür edirəm qiymətinizə görə. Aygün xanım salam! Səhvi düzəltdim. Sizin şeirinizlə eyni ruh var bu şeirdə. Yəqin ki ruhumuzdadır sufilik.

    --------------------
    Məni məndən soruşanlar bilirmi,
    Həm uşağam, həm cavanam, həm qoca.
    Baş yaşıma, yaş başıma tən deyil,
    Həm dərvişəm, həm bəzirgan, həm xoca!
    Yazdı: sefer: 7 Fevral 2012 21:14
     
    Yaşayır: Baki
    Əsərlərin sayı: 168
    Resenziyalar: 1072
    Status: Şair
     
    Nədən gəldi bu zamana
    Tuş gəlmişik biz yamana
    Ümid də yoxdu amana
    Mərdlər namərddən qaçır

    Ugur olsun
    Yazdı: Shemsi: 7 Fevral 2012 21:17
     
    Yaşayır: Bakı
    Əsərlərin sayı: 85
    Resenziyalar: 537
    Status: Şair - moderator
     
    Sağ ol Səfər bəy! Sənə də uğurlar! az yaz, çox işlə! Sən mükəmməl şair olacaqsan!!!!!!!!!!!!!!!

    --------------------
    Məni məndən soruşanlar bilirmi,
    Həm uşağam, həm cavanam, həm qoca.
    Baş yaşıma, yaş başıma tən deyil,
    Həm dərvişəm, həm bəzirgan, həm xoca!
    Yazdı: Saxavat: 7 Fevral 2012 23:08
     
    Yaşayır: --
    Əsərlərin sayı: 287
    Resenziyalar: 953
    Status: Şair
     
    Mən qaçmadım heç birindən:-
    Nə istidən, nə sərindən,
    Nə acidan nə şirindən,
    Nə dayazdan nə dərindən...
    Ürəyim oynar yerindən,
    Qaçanlar əlimdən qaçır,
    Lap boynuma mindirdiyim
    Şütüyüb belimdən qaçir.

    Qaçır qaçsın, Şəmsi qağa,
    Baxmasın sola həm sağa.
    Ay canım sənə sadağa,
    Göy də yerdən, yer də göydən,
    Tükəz də Səlimdən qaçır.
    -----------------------------
    Qağa, diyəm neyneeeersən, nağayreysan, darıxmeysan ki?
    -----------------------------


    Vah... desinlər QIZ şeir yazıb da... heylə yox ey, belə yaz:

    Çox daş-kəsək atma mənə,
    Qəm-kədəri çatma məınə.
    Başqasini qatma mənə.
    Bağlayan çox qatma mənə...
    De baldan da şirin olan
    Bir noğula möhtacam.
    -------------------------

    Yaxud:

    Neynəyirəm QİZIL GÜL-ü,
    Gəl, ömrümün QIZ, OL GÜLÜ!
    Dilim olub MAZOL GÜLÜR...
    Bir sağola möhtacam.
    Yazdı: Shemsi: 8 Fevral 2012 00:10
     
    Yaşayır: Bakı
    Əsərlərin sayı: 85
    Resenziyalar: 537
    Status: Şair - moderator
     
    Məzən olsun Səxavət! Belə də xəstəlik məni birtəhər eləyib. Bu gün işdən yarımçıq gəlmişəm. İndi bir balaca yaxşıyam. Aygünə yazdığın şeir məni xeyli güldürdü. Sən bu qıza nə çox sataşırsan ey?

    --------------------
    Məni məndən soruşanlar bilirmi,
    Həm uşağam, həm cavanam, həm qoca.
    Baş yaşıma, yaş başıma tən deyil,
    Həm dərvişəm, həm bəzirgan, həm xoca!
    Yazdı: Aygun Rehimli: 8 Fevral 2012 00:21
     
    Yaşayır: KÜLƏKLƏR ŞƏHƏRİ
    Əsərlərin sayı: 280
    Resenziyalar: 899
    Status: Şair
     
    imkan ver, ölüm yerində də , ay Səxavət............

    şipşirin nağılım var,
    noğul nəyimə gərək?
    sənin ki, ağılın var,
    ağıl nəyimə gərək?

    əzizinəm qızılgül,
    sən bülbül , mən qızılgül.
    dünyacan dərdin olsa, ay oğlan,
    yenə şadlan yenə gül.


    niyə ah nələn tutub bu portalı?


    --------------------
    Qəm divar deyil, uçuram,
    Yanmışam, oddan qaçiram.
    Nahaqq görsəm dil açıram,
    Vallah mən şair deyiləm.................
    Yazdı: Saxavat: 8 Fevral 2012 00:38
     
    Yaşayır: --
    Əsərlərin sayı: 287
    Resenziyalar: 953
    Status: Şair
     
    Qağa, Allah sənə şəfa, düşmənivə cəfa-yani-qoltuğuna mafa versin... əlqərəz, bu camaatın zibilə döndərdi dünya düzələcək ya yox?
    -----------------------------

    Qağa, Ayğün mənım ürəyimin bəndidi. Məgər eşitməyibsən ki, ya... PİŞİK ÖZ BALASINI İSYƏDİYINDƏN YEYİR?

    -----------------------------

    ŞƏMSİ, QARDAŞIM, VALLAH SƏNİ ÇOX İSTƏYİRƏM. HƏM DƏ, LAP ÇOX...
    Yazdı: Shemsi: 8 Fevral 2012 00:58
     
    Yaşayır: Bakı
    Əsərlərin sayı: 85
    Resenziyalar: 537
    Status: Şair - moderator
     
    Sağ ol, Səxavət. allah sənin ulduzunu Aygünlə barışdırsın. Mən də səni çox istəyirəm. vallah səmimi deyirəm. sən burada olmayanda darıxıram. Sənsiz heç nə ləzzət eləmir mənə. İnşaallah, havalar düzəlsin görüşək. Mən telefonumu və iş yerimi indi sənə ismarıcla yazacam. Nə vaxt isrtəsən görüşə, dərdləşə bilərik.

    --------------------
    Məni məndən soruşanlar bilirmi,
    Həm uşağam, həm cavanam, həm qoca.
    Baş yaşıma, yaş başıma tən deyil,
    Həm dərvişəm, həm bəzirgan, həm xoca!
    Məlumat
    "Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər. Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz Login adınızla sayta daxil olun!
    ......................................................
               Reklam
     
               Ən fəal şərhçilər
     
    Necmeddin
    Resenziyaların sayı: 2480
    Əsərlərin sayı: 61
    bayrami
    Resenziyaların sayı: 1548
    Əsərlərin sayı: 155
    sekineilyasqizi
    Resenziyaların sayı: 1183
    Əsərlərin sayı: 72
    sefer
    Resenziyaların sayı: 1072
    Əsərlərin sayı: 168
    QezelXan
    Resenziyaların sayı: 1035
    Əsərlərin sayı: 108
    Saxavat
    Resenziyaların sayı: 953
    Əsərlərin sayı: 287
    Aygun Rehimli
    Resenziyaların sayı: 899
    Əsərlərin sayı: 280
    Samir Qara
    Resenziyaların sayı: 882
    Əsərlərin sayı: 43
    QABIL EDALET
    Resenziyaların sayı: 666
    Əsərlərin sayı: 78
    ilashka
    Resenziyaların sayı: 632
    Əsərlərin sayı: 31

               Sosial şəbəkə
     
               Reklam
     
                İlin şairi 2011
      "İlin şairi" müsabiqəsində
    səsvermə sona çatdı.

    Nəticələr:
      1-ci yer: Necmeddin
      2-ci yer: QABIL EDALET
      3-cü yer: Rauf

    Sona çatmış bütün sorğuların nəticələrinə burada baxa bilərsiniz.

             Ölkələr üzrə statistika
      free counters
             Son Qeydiyyatlar
     
  • icesausidedly
    carpinteyroxbq
    Vopegropova
    carpinteyroyrd
    Blatnoy xuliqan
    gomfolt
    rhfhfgweq
    esya
    werwre759
    filosof ali
  •          Şeirlər tarixlə
     
    «    May 2012    »
     
    1
    2
    3
    4
    5
    6
    7
    8
    9
    10
    11
    12
    13
    14
    15
    16
    17
    18
    19
    20
    21
    22
    23
    24
    25
    26
    27
    28
    29
    30
    31
     

    Copyright © 2010 Misra.Az
    Saytdakı materialların istifadəsi zamanı müəllifin və saytın adını göstərmək mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Redaksiya saytdakı materialların mətninə görə məsuliyyət daşımır.
    Bizimlə əlaqə: admin@misra.az