Xoş gəlmişsiniz!
Rəyinizi bildirmək, müəlliflərə şəxsi məktublar və hədiyyələr göndərmək, onlarla Sənət dostu olmaq və s. xidmətlərdən istifadə etmək üçün Sizi qeydiyyatdan keçməyə dəvət edirik.
Mənə yalan danış » Milli Misralar
misra.az
Qeydiyyat
Parol yaddan çıxıb?

Saytda artıq 2832 müəllif qeydiyyatdan keçib
və 5495 əsər dərc olunub.

Dərc olunan əsərlərə 20886 resenziya yazılıb.
Sizi də qeydiyyatdan keçib əsərlərinizi dərc etməyə
dəvət edirik!

Soft portal
 
             Mündəricat
                    Bu ayın ən fəal şairləri
Ruslan Novres   50
Saxavat   49
Vusal Huseyn   32

            Məşhur əsərlər

Müəllif: abelveliyev
Əsər: Danışan yağış
Oxunub: 94 | Resenziyalar: 5
___________________________
Müəllif: Vusal Huseyn
Əsər: Ömür karvanı
Oxunub: 85 | Resenziyalar: 3
___________________________
Müəllif: Axundi
Əsər: Sən ayrılıb gedən gündən...
Oxunub: 88 | Resenziyalar: 6
___________________________
Müəllif: Axundi
Əsər: Qəribədir...
Oxunub: 73 | Resenziyalar: 8
___________________________
Müəllif: abelveliyev
Əsər: Bezdirdi mən olmaq məni
Oxunub: 51 | Resenziyalar: 8
___________________________
Müəllif: Ruslan Novres
Əsər: Ana ! 18. 04. 2008
Oxunub: 48 | Resenziyalar: 5
___________________________
Müəllif: Axundi
Əsər: Ey Allahın bəndəsi...
Oxunub: 51 | Resenziyalar: 6
___________________________
Müəllif: Ulvi Rovsen
Əsər: SƏFƏR BƏYƏ CAVAB
Oxunub: 50 | Resenziyalar: 7
___________________________
Müəllif: Vusal Huseyn
Əsər: Ayrılıq çox sevinməsin
Oxunub: 41 | Resenziyalar: 2
___________________________
Müəllif: Vusal Huseyn
Əsər: Dünya əyri göstərir.
Oxunub: 36 | Resenziyalar: 4
___________________________
"Məşhur əsərlər" siyahısına əsərlər oxunmaların və resenziyaların sayına görə, həmçinin əsərin reytinqinə əsasən daxil olur. Siyahıya yalnız son bir həftə ərzində dərc olunan əsərlər daxil ola bilər. Əsəri qaldırmaq xidmətindən istifadə olunduqda şeir əlavə 7 gün siyahıda yer tuta bilər.

                        Son resenziyalar
Yazan: Axundi
Mövzu: Mənim aləmim...
Yazan: Ruslan Novres
Mövzu: GÖRÜNMÜR
Yazan: Axundi
Mövzu: GÖRÜNMÜR

            Hədiyyələr
Shop.az   Ödənişli xidmətlər   Sənət dostlarım
 
 

Mənə yalan danış

Müəllif: Shemsi | 7 Fevral 2012 | Oxunub: 182| Yadda saxlamaq:
Yıxılıb qalmışam, üstümə gəlir
Duman topa-topa, çən qarış, qarış.
Bezmişəm ütülü həqiqətindən
Mənə baldan şirin bir yalan danış

Bir yalan danış ki inanım nolar,
İnanım bir anlıq özümdən çıxım.
Dözüm qəfəsində əzabkeşəm mən
Çırpınıb quş kimi dözümdən çıxım.

Elə yalan danış, elə inandır
Bütün həqiqətlər yalana dönsün
Elə yalan danış, sərçə qartala
Qurbağa bir anda ilana dönsün.

Çoxdan bozarıbdı gerçəyin üzü
Zirvələr yalana, düzə düz qalıb.
Mənim inandığım həqiqətimdən
Nə bir ləpir qalıb, nə bir iz qalıb.

Mənə baldan şirin bir yalan danış,
Həqiqət açılsa dözə bilmərik.
Yalan bal deyilsə, yalan pisdisə,
Bu yalan dünyanı niyə sevirik?

   Çap etmək
  
Əziz qonaq, lütfən qeydiyyatdan keçin.
 (səs sayı: 7)
      « Əvvəlki əsər: İşinə qarışdım, bağışla, Allah 
      » Növbəti əsər: Yaxşı ki... 
Əsəri oxuyanlar (88)
  Oxşar misralar:
  • Əyri otur,düz danış
  • Yalan sevgi
  • Hər yuxu nağıldı, hər nağıl yalan.
  • Mənidə aldatdı sevgi yalanı
  • Yalan danışmağım gəlir...
  •   Resenziyalar (9)  
    Yazdı: Axundi: 7 Fevral 2012 11:37
     
    Yaşayır: Bakı
    Əsərlərin sayı: 107
    Resenziyalar: 607
    Status: Şair
     
    Dözüm qəfəsində əzabkeşəm mən
    Çırpınıb quş kimi dözümdən çıxım (!!!)

    Maraqlı, düşündürücü paradoks
    Yazdı: Aygun Rehimli: 7 Fevral 2012 15:29
     
    Yaşayır: KÜLƏKLƏR ŞƏHƏRİ
    Əsərlərin sayı: 280
    Resenziyalar: 899
    Status: Şair
     
    Bezmişəm ütülü həqiqətindən
    Mənə baldan şirin bir yalan danış!!!

    hərdən insanı acı heqiqətlər bezdirəndə şirin yalanı eşitmək istəyi doğur insanda.amma vallah min yalandan bir doğru yaxşıdır.....
    şeirsə gözəl deyil, superdir. smile

    birdə ki, mən ömrüm boyu yalan görüb bezmişəm.mən bir damla heqiqet axtarıram.

    --------------------
    Qəm divar deyil, uçuram,
    Yanmışam, oddan qaçiram.
    Nahaqq görsəm dil açıram,
    Vallah mən şair deyiləm.................
    Yazdı: rena61: 7 Fevral 2012 17:32
     
    Yaşayır: bakı
    Əsərlərin sayı: 0
    Resenziyalar: 26
    Status: Yeni şair
     
    Vallah , mən sizin şairliyinizə inana bilmirəm. Bu necə rəy verməkdir? şair təzadlardan doğan bir aləm yaradıb. Siz isə başqa bir aləmdən dəm vurursunuz. İki gündür bu sayta daxil olmuşam. Bir-birinizin zay şeirlərinizə əhsən deməkdən başqa işiniz yoxdur. Amma deyim ki, doyunca gülmüşəm sizin yazdığınız rəylərə. özünüzə sənət tapın. Sizdən nə olacağını deyə bilmərəm, amma tənqidçi olmayacaq. Heç olmasa rəy yazanda İlhamənin rəylərinə baxın.

    Aygün xanım! Sənin öz "şeirlər"ində dünyanın faniliyi və puçluğu haqqında kifayət qədər giley güzar var. Belə olduğu halda niyə bu yalan dünyanı sevirsən? şair isə bunu deyir.
    Yazdı: bayrami: 7 Fevral 2012 18:55
     
    Yaşayır: --
    Əsərlərin sayı: 155
    Resenziyalar: 1548
    Status: Şair
     
    "Dözüm qəfəsində əzabkeşəm mən,
    Çırpınıb quş kimi dözümdən çıxım"(!!)
    Şeirdə ən şah misralar bunlardır! Nə böyük poetik ümumiləşdirmə var bu beytdə. Nə acı həqiqət, reallıq var bunlarda! Doğrudan da, biz dözüm(səbir) qəfəsində azadlıq eşqilə bir quş kimi çırpınan əzabkeşlərik! Çox bəyəndim.
    Yazdı: Biri: 8 Fevral 2012 02:51
     
    Yaşayır: --
    Əsərlərin sayı: 35
    Resenziyalar: 175
    Status: Şair
     
    Axır ki, sən yalan danışdın mənə,
    Sən demə o mənim həqiqətimmiş.
    Ömrümü nağılla yatdım baş-başa,
    O mənim ən gözəl bir qismətimmiş.
    Yazdı: Shemsi: 8 Fevral 2012 02:56
     
    Yaşayır: Bakı
    Əsərlərin sayı: 85
    Resenziyalar: 537
    Status: Şair - moderator
     
    Rəşid, əla cavabdır. amma iki dəfə bir sözünü işlətməklə bir az ağırlaşdlırmısan.

    --------------------
    Məni məndən soruşanlar bilirmi,
    Həm uşağam, həm cavanam, həm qoca.
    Baş yaşıma, yaş başıma tən deyil,
    Həm dərvişəm, həm bəzirgan, həm xoca!
    Yazdı: ilashka: 9 Fevral 2012 03:00
     
    Yaşayır: Baki
    Əsərlərin sayı: 31
    Resenziyalar: 632
    Status: Şair
     
    Yalan bal deyilsə, yalan pisdisə,
    Bu yalan dünyanı niyə sevirik?

    Gozel seir, gozel sonluq. Bu suala here bir cur cavab verecekdir... Dusundurucu sualdir. Ugurlar, Semsi bey!
    Yazdı: Shemsi: 9 Fevral 2012 17:34
     
    Yaşayır: Bakı
    Əsərlərin sayı: 85
    Resenziyalar: 537
    Status: Şair - moderator
     
    Sqağ ol, İlahmə! Sənə də uğurlar arzulayıram, qızım!

    --------------------
    Məni məndən soruşanlar bilirmi,
    Həm uşağam, həm cavanam, həm qoca.
    Baş yaşıma, yaş başıma tən deyil,
    Həm dərvişəm, həm bəzirgan, həm xoca!
    Yazdı: aslanoqlu: 8 Aprel 2012 12:43
     
    Yaşayır: Zakatala
    Əsərlərin sayı: 70
    Resenziyalar: 106
    Status: Şair
     
    Gün aydın, Şəmsi bəy.
    Rəyinizə görə təşəkkür edirəm. Əsərlərinizlə tanış oldum, oxumaqda davam edirəm. Fəlsəfi tutumu ilə, hiss və duyğuların inandırıcı ifadəsi ilə, təsirliyi ilə qüclü poetik bir dünyaya rast gəldim. Rəy üçün bu şeiri seçməyim də təsadüfi deyil. Qənaətim budur ki, ağlı kəsən vaxtdan, insan öz-özünü aldadır və ya aldatmağa çalışır, adını da ümid qoyur, çünki həqiqət dərkolunmaz Allahdır.

    Yalanı doğruya müncər eləyib,
    Dəyişib adını ümid qoyuruq.
    Özümüz bişirib, özümüz yeyib,
    Özümüz də bəh-bəh deyib, doyuruq.
    Məlumat
    "Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər. Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz Login adınızla sayta daxil olun!
    ......................................................
               Reklam
     
               Ən fəal şərhçilər
     
    Necmeddin
    Resenziyaların sayı: 2480
    Əsərlərin sayı: 61
    bayrami
    Resenziyaların sayı: 1548
    Əsərlərin sayı: 155
    sekineilyasqizi
    Resenziyaların sayı: 1183
    Əsərlərin sayı: 72
    sefer
    Resenziyaların sayı: 1072
    Əsərlərin sayı: 168
    QezelXan
    Resenziyaların sayı: 1035
    Əsərlərin sayı: 108
    Saxavat
    Resenziyaların sayı: 953
    Əsərlərin sayı: 287
    Aygun Rehimli
    Resenziyaların sayı: 899
    Əsərlərin sayı: 280
    Samir Qara
    Resenziyaların sayı: 882
    Əsərlərin sayı: 43
    QABIL EDALET
    Resenziyaların sayı: 666
    Əsərlərin sayı: 78
    ilashka
    Resenziyaların sayı: 632
    Əsərlərin sayı: 31

               Sosial şəbəkə
     
               Reklam
     
                İlin şairi 2011
      "İlin şairi" müsabiqəsində
    səsvermə sona çatdı.

    Nəticələr:
      1-ci yer: Necmeddin
      2-ci yer: QABIL EDALET
      3-cü yer: Rauf

    Sona çatmış bütün sorğuların nəticələrinə burada baxa bilərsiniz.

             Ölkələr üzrə statistika
      free counters
             Son Qeydiyyatlar
     
  • icesausidedly
    carpinteyroxbq
    Vopegropova
    carpinteyroyrd
    Blatnoy xuliqan
    gomfolt
    rhfhfgweq
    esya
    werwre759
    filosof ali
  •          Şeirlər tarixlə
     
    «    May 2012    »
     
    1
    2
    3
    4
    5
    6
    7
    8
    9
    10
    11
    12
    13
    14
    15
    16
    17
    18
    19
    20
    21
    22
    23
    24
    25
    26
    27
    28
    29
    30
    31
     

    Copyright © 2010 Misra.Az
    Saytdakı materialların istifadəsi zamanı müəllifin və saytın adını göstərmək mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Redaksiya saytdakı materialların mətninə görə məsuliyyət daşımır.
    Bizimlə əlaqə: admin@misra.az