Xoş gəlmişsiniz!
Rəyinizi bildirmək, müəlliflərə şəxsi məktublar və hədiyyələr göndərmək, onlarla Sənət dostu olmaq və s. xidmətlərdən istifadə etmək üçün Sizi qeydiyyatdan keçməyə dəvət edirik.
Yaxşı ki... » Milli Misralar
misra.az
Qeydiyyat
Parol yaddan çıxıb?

Saytda artıq 2832 müəllif qeydiyyatdan keçib
və 5495 əsər dərc olunub.

Dərc olunan əsərlərə 20886 resenziya yazılıb.
Sizi də qeydiyyatdan keçib əsərlərinizi dərc etməyə
dəvət edirik!

Soft portal
 
             Mündəricat
                    Bu ayın ən fəal şairləri
Ruslan Novres   50
Saxavat   49
Vusal Huseyn   32

            Məşhur əsərlər

Müəllif: abelveliyev
Əsər: Danışan yağış
Oxunub: 94 | Resenziyalar: 5
___________________________
Müəllif: Vusal Huseyn
Əsər: Ömür karvanı
Oxunub: 85 | Resenziyalar: 3
___________________________
Müəllif: Axundi
Əsər: Sən ayrılıb gedən gündən...
Oxunub: 88 | Resenziyalar: 6
___________________________
Müəllif: Axundi
Əsər: Qəribədir...
Oxunub: 73 | Resenziyalar: 8
___________________________
Müəllif: abelveliyev
Əsər: Bezdirdi mən olmaq məni
Oxunub: 51 | Resenziyalar: 8
___________________________
Müəllif: Ruslan Novres
Əsər: Ana ! 18. 04. 2008
Oxunub: 48 | Resenziyalar: 5
___________________________
Müəllif: Axundi
Əsər: Ey Allahın bəndəsi...
Oxunub: 51 | Resenziyalar: 6
___________________________
Müəllif: Ulvi Rovsen
Əsər: SƏFƏR BƏYƏ CAVAB
Oxunub: 50 | Resenziyalar: 7
___________________________
Müəllif: Vusal Huseyn
Əsər: Ayrılıq çox sevinməsin
Oxunub: 41 | Resenziyalar: 2
___________________________
Müəllif: Vusal Huseyn
Əsər: Dünya əyri göstərir.
Oxunub: 36 | Resenziyalar: 4
___________________________
"Məşhur əsərlər" siyahısına əsərlər oxunmaların və resenziyaların sayına görə, həmçinin əsərin reytinqinə əsasən daxil olur. Siyahıya yalnız son bir həftə ərzində dərc olunan əsərlər daxil ola bilər. Əsəri qaldırmaq xidmətindən istifadə olunduqda şeir əlavə 7 gün siyahıda yer tuta bilər.

                        Son resenziyalar
Yazan: Axundi
Mövzu: Mənim aləmim...
Yazan: Ruslan Novres
Mövzu: GÖRÜNMÜR
Yazan: Axundi
Mövzu: GÖRÜNMÜR

            Hədiyyələr
Shop.az   Ödənişli xidmətlər   Sənət dostlarım
 
 

Yaxşı ki...

Müəllif: Shemsi | 7 Fevral 2012 | Oxunub: 119| Yadda saxlamaq:
Quruca baxtı neynirəm,
Qızıldan taxtı neynirəm?
Gözümdə yoxdu, neynirəm,
Dərvişəm, padşah deyiləm.

Mən özümdə hürr özüməm,
Bir Tanrıdı, bir özüməm.
Açılmayan sirr özüməm,
Çox sirdən agah deyiləm.

İçimdə çölüm gizlənib,
Dirimdə ölüm gizlənib.
De, batində kim gizlənib,
Fəryadam ha, ah deyiləm.

Sözəm, söznən oynayıram
Odam, köznən oynayıram.
Hər gün siznən oynayıram.
Axşamam, sabah deyiləm.

Ağlasan hədər ağlama,
Qəm səni didər, ağlama.
Məni bu qədər ağlama,
Sən deyən matah deyiləm...

Məndən sonra gəz dərdimi,
Demədiyim söz dərdimi.
Çəkəmmirəm öz dərdimi,
Yaxşı ki, Allah deyiləm...



   Çap etmək
  
Əziz qonaq, lütfən qeydiyyatdan keçin.
 (səs sayı: 1)
      « Əvvəlki əsər: Mənə yalan danış 
      » Növbəti əsər: Düşdün 
Əsəri oxuyanlar (63)
  Oxşar misralar:
  • Deyiləm
  • Bir deyiləm mən.
  • Deyiləm
  • Mən şair deyiləm
  • NADAN DEYİLƏM
  •   Resenziyalar (7)  
    Yazdı: Aygun Rehimli: 7 Fevral 2012 15:37
     
    Yaşayır: KÜLƏKLƏR ŞƏHƏRİ
    Əsərlərin sayı: 280
    Resenziyalar: 899
    Status: Şair
     
    estafurillah..............
    fikirləriniz dəyərli və hardasa küskündür deyərdim.

    amma bir fikir xoşuma gəldi (daha doğrusu hamısı xoşuma gəldi)amma bunu daha çox sevdim.

    Məni bu qədər ağlama,
    Sən deyən matah deyiləm...

    --------------------
    Qəm divar deyil, uçuram,
    Yanmışam, oddan qaçiram.
    Nahaqq görsəm dil açıram,
    Vallah mən şair deyiləm.................
    Yazdı: rena61: 7 Fevral 2012 18:05
     
    Yaşayır: bakı
    Əsərlərin sayı: 0
    Resenziyalar: 26
    Status: Yeni şair
     
    küskün deyil, Aygün xanım! Sufi poeziyasının gözəl nümunəsini yaradıb şair. Mən Şəmsi bəyə uğurlar arzulayıram. O məni tanımasa da mən onu tanıyıram və bütün əsərlərini oxumuşam. Bu şeirini isə burada oxudum və xoşuma gəldi.
    Uğurlar, Şəmsi Qoca!
    Yazdı: AYDIN AY: 7 Fevral 2012 18:17
     
    Yaşayır: --
    Əsərlərin sayı: 12
    Resenziyalar: 80
    Status: Şair
     
    BU seir heqiqeten de ferqlidir...ve ferqli de dusundurur...3-cu bendi cox beyendim...Her zaman ferqli olun SHemsi bey.
    Yazdı: bayrami: 7 Fevral 2012 19:02
     
    Yaşayır: --
    Əsərlərin sayı: 155
    Resenziyalar: 1548
    Status: Şair
     
    Məncə, sonuncu bənd ixtisar edilməlidir. Misralar məna etibarilə bir-birini tamamlamır, "Yaxşı ki, Allah deyiləm"-in mətləbə heç dəxli yoxdur! ( Özünü Allah bilmək kufrdur)
    P.S.
    Məncə, ən güclü bənd budur və bundan sonra nəsə yazmaq yerinə düşmür:
    Ağlasan, hədər ağlama.
    Qəm səni didər, ağlama.
    Məni bu qədər ağlama,
    Sən deyən matah deyiləm.
    Yazdı: Biri: 8 Fevral 2012 02:38
     
    Yaşayır: --
    Əsərlərin sayı: 35
    Resenziyalar: 175
    Status: Şair
     
    Salam, Şəmsi bəy.

    Mən özümdə hürr özüməm,
    Bir Tanrıdı, bir özüməm.
    Açılmayan sirr özüməm,
    Çox sirdən agah deyiləm.

    Bu bənd çox gözəldir və burada nəinki bir günah yoxdur, əksinə çox gözəl mənalar var. Lakin sonuncu iki misranız məni narahat edir.(Halbuki məndə də belə səhvlər ola bilər). Yalnız bundan əvvəlki rəydə göstərilən səbəbə görə yox. Məncə, Allah səhv etmir ki, dərd də çəksin. İnanın ki, xətrinizi istədiyimə görə deyirəm. Özünüz bilən yaxşıdır, Lakin belə dəyişsəniz həm mətləbə dəxli olar, həm də məna tamamlanar.

    Məndən sonra gəz dərdimi,
    Demədiyim söz dərdimi.
    Yazmadığım öz dərdimi,
    Aparan, vallah, deyiləm...


    Yazdı: Shemsi: 8 Fevral 2012 02:43
     
    Yaşayır: Bakı
    Əsərlərin sayı: 85
    Resenziyalar: 537
    Status: Şair - moderator
     
    Bir balaca diqqətli olun! Burada allahlıq iddiası yoxdur və ola da bilməz! Mən demək istədiyim məna başqadır. Deyirəm ki, mən öz dərdimi çəkə bilmirəm, gör Allah bu qədər bəndənin dərdini necə çəkir? Yəni əksinə Allahın böyüklüyü var bu misralarda.

    --------------------
    Məni məndən soruşanlar bilirmi,
    Həm uşağam, həm cavanam, həm qoca.
    Baş yaşıma, yaş başıma tən deyil,
    Həm dərvişəm, həm bəzirgan, həm xoca!
    Yazdı: Biri: 8 Fevral 2012 02:59
     
    Yaşayır: --
    Əsərlərin sayı: 35
    Resenziyalar: 175
    Status: Şair
     
    Anladım. Allah haqqında öz düşüncə tərzimlə yanaşıb narahat olduğuma görə sizin çatdırmaq istədiyiniz mənaya diqqət yetirə bilməmişdim.
    Məlumat
    "Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər. Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz Login adınızla sayta daxil olun!
    ......................................................
               Reklam
     
               Ən fəal şərhçilər
     
    Necmeddin
    Resenziyaların sayı: 2480
    Əsərlərin sayı: 61
    bayrami
    Resenziyaların sayı: 1548
    Əsərlərin sayı: 155
    sekineilyasqizi
    Resenziyaların sayı: 1183
    Əsərlərin sayı: 72
    sefer
    Resenziyaların sayı: 1072
    Əsərlərin sayı: 168
    QezelXan
    Resenziyaların sayı: 1035
    Əsərlərin sayı: 108
    Saxavat
    Resenziyaların sayı: 953
    Əsərlərin sayı: 287
    Aygun Rehimli
    Resenziyaların sayı: 899
    Əsərlərin sayı: 280
    Samir Qara
    Resenziyaların sayı: 882
    Əsərlərin sayı: 43
    QABIL EDALET
    Resenziyaların sayı: 666
    Əsərlərin sayı: 78
    ilashka
    Resenziyaların sayı: 632
    Əsərlərin sayı: 31

               Sosial şəbəkə
     
               Reklam
     
                İlin şairi 2011
      "İlin şairi" müsabiqəsində
    səsvermə sona çatdı.

    Nəticələr:
      1-ci yer: Necmeddin
      2-ci yer: QABIL EDALET
      3-cü yer: Rauf

    Sona çatmış bütün sorğuların nəticələrinə burada baxa bilərsiniz.

             Ölkələr üzrə statistika
      free counters
             Son Qeydiyyatlar
     
  • icesausidedly
    carpinteyroxbq
    Vopegropova
    carpinteyroyrd
    Blatnoy xuliqan
    gomfolt
    rhfhfgweq
    esya
    werwre759
    filosof ali
  •          Şeirlər tarixlə
     
    «    May 2012    »
     
    1
    2
    3
    4
    5
    6
    7
    8
    9
    10
    11
    12
    13
    14
    15
    16
    17
    18
    19
    20
    21
    22
    23
    24
    25
    26
    27
    28
    29
    30
    31
     

    Copyright © 2010 Misra.Az
    Saytdakı materialların istifadəsi zamanı müəllifin və saytın adını göstərmək mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Redaksiya saytdakı materialların mətninə görə məsuliyyət daşımır.
    Bizimlə əlaqə: admin@misra.az