Təzə sevdalara düşübdü qəlbin, Düşündün, yox olar qəmin kədərin, Dadmadın acısın sən həqiqqətin, Dadmaq istəsən, dad! nə deyirəm ki.
Deyirdin eşqindən alovlanmışam, Bu eşqi əbədi alov sanmışam, Bəs nə tez soyudun? donub qalmışam! Sönmək istəsən, sön! nə deyirəm ki.
Dedim ki, uduzma sən bu həyatda, Doğmalıq axtarma sən kənar adda, Nadan oylağında, nadan atında, Çapmaq istəsən, çap! nə deyirəm ki.
Bir gün açacaqsan haqqa gözünü, Açılar qəlblərin sirli düyünü, Bir vaxt peşman olub qayıdan günü Ölmək istəsən, öl! nə deyirəm ki.
Anlarsan yazılan sözün hikmətin, Yazılan hər misra, yazılan beytin, Əğyarla birləşib canın Səfərin, Almaq istəsən, al! nə deyirəm ki,
Çap etmək
|