Xoş gəlmişsiniz!
Rəyinizi bildirmək, müəlliflərə şəxsi məktublar və hədiyyələr göndərmək, onlarla Sənət dostu olmaq və s. xidmətlərdən istifadə etmək üçün Sizi qeydiyyatdan keçməyə dəvət edirik.
Mən... » Milli Misralar
misra.az
Qeydiyyat
Parol yaddan çıxıb?

Saytda artıq 2832 müəllif qeydiyyatdan keçib
və 5495 əsər dərc olunub.

Dərc olunan əsərlərə 20886 resenziya yazılıb.
Sizi də qeydiyyatdan keçib əsərlərinizi dərc etməyə
dəvət edirik!

Soft portal
 
             Mündəricat
                    Bu ayın ən fəal şairləri
Ruslan Novres   50
Saxavat   49
Vusal Huseyn   32

            Məşhur əsərlər

Müəllif: abelveliyev
Əsər: Danışan yağış
Oxunub: 94 | Resenziyalar: 5
___________________________
Müəllif: Vusal Huseyn
Əsər: Ömür karvanı
Oxunub: 85 | Resenziyalar: 3
___________________________
Müəllif: Axundi
Əsər: Sən ayrılıb gedən gündən...
Oxunub: 88 | Resenziyalar: 6
___________________________
Müəllif: Axundi
Əsər: Qəribədir...
Oxunub: 73 | Resenziyalar: 8
___________________________
Müəllif: abelveliyev
Əsər: Bezdirdi mən olmaq məni
Oxunub: 51 | Resenziyalar: 8
___________________________
Müəllif: Ruslan Novres
Əsər: Ana ! 18. 04. 2008
Oxunub: 48 | Resenziyalar: 5
___________________________
Müəllif: Axundi
Əsər: Ey Allahın bəndəsi...
Oxunub: 51 | Resenziyalar: 6
___________________________
Müəllif: Ulvi Rovsen
Əsər: SƏFƏR BƏYƏ CAVAB
Oxunub: 50 | Resenziyalar: 7
___________________________
Müəllif: Vusal Huseyn
Əsər: Ayrılıq çox sevinməsin
Oxunub: 41 | Resenziyalar: 2
___________________________
Müəllif: Vusal Huseyn
Əsər: Dünya əyri göstərir.
Oxunub: 36 | Resenziyalar: 4
___________________________
"Məşhur əsərlər" siyahısına əsərlər oxunmaların və resenziyaların sayına görə, həmçinin əsərin reytinqinə əsasən daxil olur. Siyahıya yalnız son bir həftə ərzində dərc olunan əsərlər daxil ola bilər. Əsəri qaldırmaq xidmətindən istifadə olunduqda şeir əlavə 7 gün siyahıda yer tuta bilər.

                        Son resenziyalar
Yazan: Axundi
Mövzu: Mənim aləmim...
Yazan: Ruslan Novres
Mövzu: GÖRÜNMÜR
Yazan: Axundi
Mövzu: GÖRÜNMÜR

            Hədiyyələr
Shop.az   Ödənişli xidmətlər   Sənət dostlarım
 
 

Mən...

Müəllif: Axundi | 5 Fevral 2012 | Oxunub: 187| Yadda saxlamaq:
Rəbbim hikmətiylə zərrə nütfəyə
Əcəb yerləşdirib ruhumu mənim
Demək ki ruhuma yaraşım deyə
Bərqərar edilmiş vücudum, tənim

Mənim azadlığım-cəmi doqquz ay
Anamın bətnində yaşanmış demə
Vücudum əzaba qoşulan andan
Sevincim ruhumdan boşanmış demə

Bu dünya qaranlıq zirzəmi imiş
Mən zaman əsiri, biçarə məhbus
Qəlbim ümid dolu bir gəmi imiş
Kədər ümmanında qərq olur, əfsus

Mənim ümidlərim xəzələ dönən
Yerlərdə sürünən yarpaqlar kimi
Mənim arzularım günbəgün sönən
Ulduz yığınıdır, tutub qəlbimi

Mənim imkanlarım arzularımla
Nədənsə həmişə tərs mütənasib
Dil tapa bilmədim ahuzarımla
Macal tapan kimi sözümü kəsib

Mənim məhəbbətim gecələr Aydı
Gündüzlər Günəşin şəfəqləridir
Kaş imkan olaydı, fürsət olaydı
Paylaşa biləydim bəşərlə bir-bir

Zamanın sərt üzü dönəndən bəri
Möhnət qandallayıb qolumu mənim
Gedirəm...bu yoldan dönüş yox geri
Ədalət gözləyir yolumu mənim

   Çap etmək
  
Əziz qonaq, lütfən qeydiyyatdan keçin.
 (səs sayı: 6)
      « Əvvəlki əsər: Şeirdisə 
      » Növbəti əsər: Gül, gül gülə bilsin, gülü gülşəndə görüncə, 
Əsəri oxuyanlar (53)
  Oxşar misralar:
  • YA RƏBBIM SƏN ÖZÜN MƏNƏ NİCAT VER
  • GECƏLƏR
  • Günlər olaydı
  • Dustağ ana bətnində ikən.
  • SƏN ONSUZ DA, MƏNİMLƏSƏN HƏMİŞƏ
  •   Resenziyalar (9)  
    Yazdı: Samir Qara: 5 Fevral 2012 16:06
     
    Yaşayır: özümdən uzaqlarda mənimə yaxın bir yerdə
    Əsərlərin sayı: 43
    Resenziyalar: 882
    Status: Azad yazar
     
    Sag ol Axundi...elaaa...

    Sevinc atda olur bizse piyada
    Cox vaxt bele olur inan dunyada
    Keder boyuk deniz biz kicik ada
    Keder deryasinda duwmuwuk oda...


    Ugur olsun...

    Samir QARAGUN...

    --------------------
    Mənim yazdıqlarım şeir deyil...Ürək sözlərim və ağrılardı...
    Yazdı: Aygun Rehimli: 5 Fevral 2012 16:06
     
    Yaşayır: KÜLƏKLƏR ŞƏHƏRİ
    Əsərlərin sayı: 280
    Resenziyalar: 899
    Status: Şair
     
    Mənim azadlığım-cəmi doqquz ay
    Anamın bətnində yaşanmış demə
    Vücudum əzaba qoşulan andan
    Sevincim ruhumdan boşanmış demə.!!!!

    gözəl sözlərdir.ELVİR, AMMA ALLAH RAHATLIĞI İNSANA AXİRƏTDƏ VERİB, BİZ BU DÜNYADA AXTARIRIQ.ONA GÖRƏ TAPNIRIQ.ANA BƏTNİ VƏ QARA TORPAQ.BU 2 QARANLIQ DÜNYADA GÖRƏ BİLƏRİK ANCAQ.

    SƏNƏ UĞURLAR.

    --------------------
    Qəm divar deyil, uçuram,
    Yanmışam, oddan qaçiram.
    Nahaqq görsəm dil açıram,
    Vallah mən şair deyiləm.................
    Yazdı: ilashka: 5 Fevral 2012 16:31
     
    Yaşayır: Baki
    Əsərlərin sayı: 31
    Resenziyalar: 632
    Status: Şair
     
    Mənim ümidlərim xəzələ dönən
    Yerlərdə sürünən yarpaqlar kimi
    Mənim arzularım günbəgün sönən
    Ulduz yığınıdır, tutub qəlbimi

    Gozel təşbeh, eyni zamanda tezad... Dusundurucu, zovq veren bir seir... Ugurlar, Elvir!
    Yazdı: Axundi: 5 Fevral 2012 16:34
     
    Yaşayır: Bakı
    Əsərlərin sayı: 107
    Resenziyalar: 607
    Status: Şair
     
    Samir Qara,
    inşallah hər şey yoluna düşər
    Aygun Rehimli,
    təşəkkür edirəm, bax elə o iki məqam bu şeirdə (ilk və son misrada) yer alıb
    ilashka,
    Minnətdaram, çox sağ ol!
    Yazdı: Biri: 6 Fevral 2012 00:31
     
    Yaşayır: --
    Əsərlərin sayı: 35
    Resenziyalar: 175
    Status: Şair
     
    Bundan əvvəlki qeydimdə umduqlarımı gözlədiyim istedadlı gənclərdən biri sizsiniz. Bu şeiriniz da ona sübutdur. Çox gözəl. Şeirinizdə hiss olunan müəyyən bədbinliyi sonuncu iki misranız bəmbəyaz nikbinliklə rəngləyir. Ədalət yolunu seçmək məgər əsil nikbinlik deyilmi?!
    Yazdı: Shemsi: 6 Fevral 2012 00:39
     
    Yaşayır: Bakı
    Əsərlərin sayı: 85
    Resenziyalar: 537
    Status: Şair - moderator
     
    Şeir gözəldir! Elvir mövzunu gözəl bitirib. Rəylər də gözəldir.

    --------------------
    Məni məndən soruşanlar bilirmi,
    Həm uşağam, həm cavanam, həm qoca.
    Baş yaşıma, yaş başıma tən deyil,
    Həm dərvişəm, həm bəzirgan, həm xoca!
    Yazdı: Axundi: 6 Fevral 2012 00:47
     
    Yaşayır: Bakı
    Əsərlərin sayı: 107
    Resenziyalar: 607
    Status: Şair
     
    Biri,
    nisgil dolu fikirlər şeiri nə qədər "gözəlləşdirirsə" də, həddən ziyadə olduqda bezdirir bəzən, ona görə də elə məhz son iki misrada nikbinliyə adaptasiya yaratmağa çalışdım, ümidvaram ki alınıb, sizə də rəyiniz üçün minnətdaram.Shemsi,
    təşəkkür edirəm, sağ ol qardaş!
    Yazdı: bayrami: 6 Fevral 2012 03:35
     
    Yaşayır: --
    Əsərlərin sayı: 155
    Resenziyalar: 1548
    Status: Şair
     
    İnsan ömrü qiyamətəcən 4 mərhələ keçir: ruh halında. Ana bətnində. Dünyada. Qəbr evində. Doğru buyurdun: Mənim azadlığım- cəmi doqquz ay"(!!!)

    "Sevincim ruhumdan boşanmış demə" Bəh-bəh! Tonlardan ağırdır bu misranın məna tutumu! Boşanmış ha! Nə böyük poetik tapıntı!
    Yazdı: Axundi: 6 Fevral 2012 14:43
     
    Yaşayır: Bakı
    Əsərlərin sayı: 107
    Resenziyalar: 607
    Status: Şair
     
    Bayrami bəy, ətraflı məlumat üçün təşəkkür edirəm, baxdım ki şeirimdə ilk mərhələ çatışmır, elə əlüstü bir bənd əlavə elədim başlığa, araya bir bənd də (ülviyyətdən) əlavə etdim, yəqin yenə əlavələr olacaq, minnətdaram!
    Məlumat
    "Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər. Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz Login adınızla sayta daxil olun!
    ......................................................
               Reklam
     
               Ən fəal şərhçilər
     
    Necmeddin
    Resenziyaların sayı: 2480
    Əsərlərin sayı: 61
    bayrami
    Resenziyaların sayı: 1548
    Əsərlərin sayı: 155
    sekineilyasqizi
    Resenziyaların sayı: 1183
    Əsərlərin sayı: 72
    sefer
    Resenziyaların sayı: 1072
    Əsərlərin sayı: 168
    QezelXan
    Resenziyaların sayı: 1035
    Əsərlərin sayı: 108
    Saxavat
    Resenziyaların sayı: 953
    Əsərlərin sayı: 287
    Aygun Rehimli
    Resenziyaların sayı: 899
    Əsərlərin sayı: 280
    Samir Qara
    Resenziyaların sayı: 882
    Əsərlərin sayı: 43
    QABIL EDALET
    Resenziyaların sayı: 666
    Əsərlərin sayı: 78
    ilashka
    Resenziyaların sayı: 632
    Əsərlərin sayı: 31

               Sosial şəbəkə
     
               Reklam
     
                İlin şairi 2011
      "İlin şairi" müsabiqəsində
    səsvermə sona çatdı.

    Nəticələr:
      1-ci yer: Necmeddin
      2-ci yer: QABIL EDALET
      3-cü yer: Rauf

    Sona çatmış bütün sorğuların nəticələrinə burada baxa bilərsiniz.

             Ölkələr üzrə statistika
      free counters
             Son Qeydiyyatlar
     
  • icesausidedly
    carpinteyroxbq
    Vopegropova
    carpinteyroyrd
    Blatnoy xuliqan
    gomfolt
    rhfhfgweq
    esya
    werwre759
    filosof ali
  •          Şeirlər tarixlə
     
    «    May 2012    »
     
    1
    2
    3
    4
    5
    6
    7
    8
    9
    10
    11
    12
    13
    14
    15
    16
    17
    18
    19
    20
    21
    22
    23
    24
    25
    26
    27
    28
    29
    30
    31
     

    Copyright © 2010 Misra.Az
    Saytdakı materialların istifadəsi zamanı müəllifin və saytın adını göstərmək mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Redaksiya saytdakı materialların mətninə görə məsuliyyət daşımır.
    Bizimlə əlaqə: admin@misra.az