Saytda artıq 2832 müəllif qeydiyyatdan keçib və 5495 əsər dərc olunub.
Dərc olunan əsərlərə 20886 resenziya yazılıb.
Sizi də qeydiyyatdan keçib əsərlərinizi dərc etməyə
dəvət edirik!
Müəllif: Vusal Huseyn
Əsər: Dünya əyri göstərir.
Oxunub: 36 | Resenziyalar: 4
___________________________
"Məşhur əsərlər" siyahısına əsərlər oxunmaların və resenziyaların sayına görə, həmçinin əsərin reytinqinə əsasən daxil olur. Siyahıya yalnız son bir həftə ərzində dərc olunan əsərlər daxil ola bilər. Əsəri qaldırmaq xidmətindən istifadə olunduqda şeir əlavə 7 gün siyahıda yer tuta bilər.
Müəllif: Aygun Rehimli | 4 Yanvar 2012 | Oxunub: 167| Yadda saxlamaq:
Qürurumu alıb, torpağa sərdi, Çəkilən sanmayın, məndəki dərdi. Ürəyimdə hicran otu göyərdi, Unuda bilmədim, sənlə gedirəm, Mən, səni sevməyə nifrət edirəm.
Güldürmədin, ürəyimin muradın, Çəkdiyin həsrətdən, hələ doymadın? İndi yadlar ilə, qoşadır adın, Sənsizliklə varlığımı didirəm, Mən, səni sevməyə nifrət edirəm.
Qəlbim məhbus, xəyalınla yoldayam. Səsim sənə çatmaz, uzaqlardayam. Gəl, gör səndən sonra mən nə haldayam? Nə on beş gecəlik ayam, bədirəm, Mən, səni sevməyə nifrət edirəm.
Qovuşmaq arzusun başımdan atdım. Tanrımı tanıdım, murada çatdım. Səndən gələn dərdi varağa satdım, Rəhimliyəm, qan ağlayan sətirəm, Mən, səni sevməyə nifrət edirəm.
Yaşayır: --
Əsərlərin sayı: 155
Resenziyalar: 1548
Status: Şair
Bir zamanlar bu hissləri yaşamışam. Bəyənməyiblər. Guya stilim xoşlarına gəlməyib.( Oxşar misralar: "Səni bilmirəm" şerini oxu, o mənimdir) Amma səndə alınıb. MƏN, SƏNİ SEVMƏYƏ NİFRƏT EDİRƏM!!!!
Yaşayır: Baki
Əsərlərin sayı: 31
Resenziyalar: 632
Status: Şair
Aygun, cox sevindim ki, problem hell olundu ve sen de rey yaza bildin. Seirlerini de beyenirem. Bu da menali seirdir, amma misra daxili bolguleri bilinmir. 11 hecali seirlerde bolgu 6-5, 5-6, 4-4-3 olmalidir. Bu seirde 1-ci bendde 6-5, 2-cide 4-4-3, 3-cude 4-4-3, 4-cude 6-5 dir. Ele de ciddi qayda pozuntusu deyil, amma butun bendlerde bolgu eyni olsaydi, mene ele gelir ki, daha da gozel olardi. Ugurlar, Aygun
Yaşayır: baku
Əsərlərin sayı: 40
Resenziyalar: 162
Status: Şair
Salam Aygün xanım!Çox gözəl yazırsınız!Adi bir sözə elə məna verirsiniz,da sözüm yoxdu.Lakin sizdən xahişim bir az ara verin şeirlərinizi bura yazarkən . Bütün gün feyziyab olaq şeirinizdən.Yox sa çatdırıb oxumaq olmur .Bura kollektivdir axı,gərək hamının şeirini ən azından oxuyasan.Yoxsa əziyyətlər hədər olar!Gözəl şeirlər üçün çox sağ olun!