Dünyanın gərdişi ,fələyin hökmü Boynumu boynuntək bükdü, bənövşə Özü böyüklükdə, özü çəkidə Bu dünya düzünə yükdü,bənövşə
Ömrün bircə həftə olur hər ildə Dözmürsən dərdlərə , bükülür boynun Görürsən bir dəfə dərd , qəm , şər ildə Görüb tez köçürsən fələyin oynun
Var ətrin bitirsən yaşıl çəməndə Taxır yağasına gözəllər səni Var yalnız üzülmək qorxusu səndə Daşıya bilmirsən tək bircə qəmi
Dünyaya bir daha gəlmərsən inan Söyləsəm dərdimi sənə , bənövşə Qismətin olmasın ayrılıq ,hicran Dərd demə , qəm demə çənə , bənövşə
Barış talehinlə bükmə boynunu Dərdimin yanında dərdin nağıldı Sən öz dərdlərinlə yüklə boynumu Boynumu mən büküm ,dərdim ağırdı
Çap etmək
|