Saytda artıq 2829 müəllif qeydiyyatdan keçib və 5493 əsər dərc olunub.
Dərc olunan əsərlərə 20880 resenziya yazılıb.
Sizi də qeydiyyatdan keçib əsərlərinizi dərc etməyə
dəvət edirik!
"Məşhur əsərlər" siyahısına əsərlər oxunmaların və resenziyaların sayına görə, həmçinin əsərin reytinqinə əsasən daxil olur. Siyahıya yalnız son bir həftə ərzində dərc olunan əsərlər daxil ola bilər. Əsəri qaldırmaq xidmətindən istifadə olunduqda şeir əlavə 7 gün siyahıda yer tuta bilər.
Müəllif: jama | 24 May 2011 | Oxunub: 263| Yadda saxlamaq:
Verib təlatümü, alıb rahatı, Atını hər yerə çapan dünyadı . Alıb əllərindən toyu büsatı Məzlumun ahını tapan dünyadı
Avvali xoş gəlir maraqlı gəlir, Sanma ki, qeydinə qalan dunyadı Yox edib bir anda ata ananı Adamı pis günə salan dünyadı
Zalıma xoş galir, nadana şirin, Varlıya zənginə rəvan dünyadı . Bir parça çörəyi 5 yerə bölüb, Yeyən ailəyə yavan dünadı .
Nə etsən garşına çıxır sonunda , Səbrini yadına salan dünyadı. Dözməyib gaçanda tənələrindən, Adamı ilantək çalan dünyadı.
Nə mərhəmət bilir, nə aman bilir, Haqlayıb ömürdən çalan dünyadı. Dünyanın yaşınıi tək zaman bilir, Qurdnan giyamətə qalan dünyadı
Gələni gedəni bəlli olmayır, Bir anda boşalıb dolan dünyadı, Na gədər əlləşsən həlli olmayır, Girişli çıxışsız -dalan dünyadı.
Üzdə gürünsə də parıltıları, Elə- belə yalan -palan dünyadı. Bu boyda sərvətdən gırıntıları, Dənləyib əlindən alan dünyadı. Deyim ürəyimdə qalan qalmasın, Filan filan olmuş filan dünyadı ...............
Yaşayır: --
Əsərlərin sayı: 155
Resenziyalar: 1548
Status: Şair
Allah hər uğurumuza sevinir, xeyir-dua verir! Xoşuma gəldi: "dünya" mövzusunda çox yazılıb, əsas qafiyə də çox vaxt "...an"-la bağlı olur. Bu şeirin sanki onlara bir parodiyadır, incə yumor var sətirlərində. Təkrar qafiyələr olmasın da...