Ruhunu ver dərd qanana, Könlünü ver mərd insana, Canını ver cananına, Öz sirrini vermə fəqət ! Dərd - müsibət görmə fəqət !
Günləri Gün ötüncə say, Qazancı bol edincə say, Böyükləri yetincə say, Öz yerində sayma fəqət ! Şirin cana qıyma fəqət!
Dünyaya bax, heyrət elə, ya ikrah, ya ülfət elə. İstəyincə işrət elə, Xəyanət eyləmə fəqət ! Cinayət eyləmə fəqət !
Sev kitabı, öyrət, oxu, Bir peşə al, sənət oxu. Ye, iç, apar ləzzət, oxu ! Tək lənət oxuma fəqət ! Kimsəyə qarğıma fəqət !
Can ver, can al, aranı qat. Kef ver, kef al, dərd- qəmi at. Yar ol, yar al, murada çat ! Bir bəd dua alma fəqət ! Aqvalideyn olma fəqət !
Çap etmək
|