DataLife Engine > Vətən haqqında şeirlər > “Sən bizə örnəksən indi, Mübariz!

“Sən bizə örnəksən indi, Mübariz!


15 Avqust 2010. : tornado1962
Dostunun qanını getdin almağa,
Neçə can qopardın düşmən canından!
Vətəni bu dərddən tək qurtarmağa,
Aslan tək sıçrayıb keçdin canından!

Gör necə qorxutdun yağı düşməni,
Leşi-leş üstünə qaladın bir an.
“Can vətən” söyləyib verdin sinəni,
Düşmən eşitmədi dilindən “aman”.

Olsa da bu günlər bədənin cansız,
Dünyanı dar etdin onun başına,
Səni cansız sayan, özüdür cansız,
Bir dastan yazdırdın qan yaddaşına.

Minlərlə çırpınan ürək danışdı,
“Sən bizə örnəksən indi, Mübariz!
Səbr kasamızda qaynayıb daşdı,
İgidin qanıyla olaq mübariz.