“Ördək, balıq, xərçəng darthadartdadır, Araba tərpənmir bathabatdadır.” İvan Krılov
Azadlığa çıxan bütün xalqları, Ölkələr tanıdı bütöv onları. Dövlətlər tərəfdən dəstək aldılar, BMT-yə daim üzvü oldular. Yenə ermənilər durub dincəlmir, Dünyanı aldadıb hay-haray salır. Onlar səy göstərib ara qatırlar, Əfi ilan kimi zəhər atırlar. Qarabağ bizimdir, deyib tökür qan, Onlar bu dəstəyi alırlar hardan? Təkrar qətnamələr verilir yenə, Erməni çəkilsin öz yerlərinə. Qətnamə təkrar olur dörd dəfə, Sərrast tuşlanmayıb, dəymir hədəfə. BMT bacarmır, ATƏT yaranır, Durğunluq hökm edir, işlər uzanır. Amerika, Rusiya, Fransa birgə, Üçlük yaratdılar görəsən niyə? Dalbadal dolanır, gəzir üçlüklər, Deməyə söz tapmır elə bil onlar. Gah gülür, irişir, var-gəl edirlər, Dil tapın, barışın deyib gedirlər. Təkrar qayıdırlar, işlərsə getmir, Yeni təklifləri onların budur: “Görüşsün rəhbərlər, yerin tapmışıq, Heç bir qorxu yoxdur, yolu açmışıq”. İyrimi ildir ki, gəlib gedirlər, Turist kimi gəzib kef eyləyirlər. Onlar istəmirlər işlər düzələ, Üçlük göstərişi vermişdir belə. İnsanlar əzabda, onlar kefdədir, Onlar üçün əsil demokratiyadır. İkili standartlar baş alıb gedir, Odur ki, bu işin sonu görünmür.
Çap etmək
|