Saytda artıq 2829 müəllif qeydiyyatdan keçib və 5493 əsər dərc olunub.
Dərc olunan əsərlərə 20880 resenziya yazılıb.
Sizi də qeydiyyatdan keçib əsərlərinizi dərc etməyə
dəvət edirik!
"Məşhur əsərlər" siyahısına əsərlər oxunmaların və resenziyaların sayına görə, həmçinin əsərin reytinqinə əsasən daxil olur. Siyahıya yalnız son bir həftə ərzində dərc olunan əsərlər daxil ola bilər. Əsəri qaldırmaq xidmətindən istifadə olunduqda şeir əlavə 7 gün siyahıda yer tuta bilər.
Müəllif: Saxavat | 20 Yanvar 2012 | Oxunub: 319| Yadda saxlamaq:
Qorbaçov bilmədi başlaya hardan, Bakının “vaqon”u çıxır “qatardan”. İki qərinəlik inamı dardan O gecə asıbdır 20 yanvar.
Artır əsarəti artır qansızın Oduna yanmışıq bir imansızın. Sovetlər adlanan ölü cansızın Qəbrini qazıbdır 20 yanvar.
Cumdular ölkəmə lap quduz kimi, Səpildi yarama sanki duz kimi, Yadelli zülmünü bir kabus kimi Torpağa basıbdır 20 yanvar.
Vətənə bağladı etiqadını, Elin igid oğlu, cəsur qadını. Tarixə qan ilə xalqın adını Əbədi yazıbdır 20 yanvar. --------------------------------- Müəllif Xanəli TOLIŞ
Yaşayır: KÜLƏKLƏR ŞƏHƏRİ
Əsərlərin sayı: 280
Resenziyalar: 899
Status: Şair
Vətənə bağladı etiqadını, Elin igid oğlu, cəsur qadını. Tarixə qan ilə xalqın adını Əbədi yazıbdır 20 yanvar. --------------------------------- bəli, bunu qeyd edirik biz,qanla yazılan Azərbaycanımızın yeni tarixinin yazıldığı günü. YAZANADA, BU GÖZƏL SÖZLƏRİ BİZİMLƏ BÖLÜŞƏNƏ DƏ,EŞQ OLSUN.
--------------------
Qəm divar deyil, uçuram, Yanmışam, oddan qaçiram. Nahaqq görsəm dil açıram, Vallah mən şair deyiləm.................
Yaşayır: --
Əsərlərin sayı: 155
Resenziyalar: 1548
Status: Şair
Vətənpərvərlik mövzusunda yazılan, ürəkləri titrədən bir şeirdir bu. Çünki o hadisələri gözü ilə görüb, qulağı ilə eşidib, hissləri ilə qavrayib. O günlərin birbaşa iştirakçısı olub Xanəli Tolış. Ona görə belə təsirlidir bu şeir!
Yaşayır: --
Əsərlərin sayı: 287
Resenziyalar: 953
Status: Şair
İLHAMƏ XANIMA ATƏŞİN SALAMLAR!!! həmin misrada ona işarə olunur ki, Moskvaya tabe olan 15 respublikanın sırasından paytaxtı Bakı olan Respublikamız YANVAR FACİƏSİNİ əsas götürərək Sovetlər birliyi adlanan həmin "qatar"dan ayrılır... Yəni Rusiyadan ayrılir ---------------------------------------- Reyinə görə SAĞ OL!