Bu şeir ola bilsin ki, çox hüzünlü alınıb, ancaq mən keçirdiyim hisslərdən yazmışam, çünki o günü yaxşı xatırlayıram ki hamımız nə hiss edirdik. Şəhidləri basdıran günü də bu gün ki, kimi yağış yağırdı, torpaq islanmışdı ki, onlar üçün yumuşaq olsun. Onlar getdi, biz qaldıq. Qaldıq ki, onların həyatını da yaşayaq və daha düşmən qoşunu torpağmızı ayaqlamasın. Nə yazıq ki, hələ də bu arzunu yerinə yetirə bilməmişik. Onların ruhunu şad eləmək üçün təkcə sözlər kifayət deyil gərək torpağmızda düşmən əsgərinin ləpirinin yeri qalmasın. Onda şəhidlərin məzarına açıq üzlə gedə bilərik indi isə biz onlara borcluyuq hər keçən gün üçün borcluyuq, hər qaçqın hər daşılmış ev üçün borcluyuq şəhidlərə, biz yaşadıqca borcluyuq...
--------------------
Ya Rəbb, mənə öz lütfünü cənnətdə əta et, Cənnətdə sənin, cənnətə dəvət də sənindir!
|