Şah bu şahsa, gərdişdə bu cür gedərsə yenə, Yüz min belə xaraba cehiz verərəm sənə. Nizami Gəncəvi
Oxucu, əlimə alınca qələm, Sarsıntı keçirib titrədi bədən. Bir Allah eşqinə istərdim yazam, Xalqlar dostluğuna böyük bir dastan. O qədər vurğundum bu dostluğa mən, Bilməzdim məhv edər onu bir nadan. İnandım Leninin ideyasına, Ona məhəbbətim sönmüsdü daha. SSRİ deyəndə coşdum, çağladım, Əsassız quruluşa ümid bağladım. “Yaşa”, - dedim, “Vətən, əbədi yaşa!” Dövran bu quruluşu vurmadı başa. Hanı leninizm, hanı SSRİ? Dünyanın məxvəri döndümü geri? Xalqların dostluğu necoldu, hanı?! Didir, parçalayır insan, insanı!.. Ermənipərəstdir ölkədə rəhbər, Xəyanət eyləyib erməni qədər. Dövlət daxilində müharibə edir!.. Özü müharibənin başında gedir! Silahı kəskindir atom, nüvədən! Xalqlar birbirinə olubdur düşmən! Etnik təmizləmə baş alıb gedir, Soyqırım ölkədə tüğyanlar edir. Pərən-pərən olub burda millətlər, Olmazın əzablar çəkirlər onlar. Bir dünya tarixli Azəri xalqım, Öz doğma yurdundan düşüb didərgin! Belə əmr eyləyib başdakı “ağa”, Məcbur eyləyirlər xalqı susmağa. Kütləvi sürətdə o gürcü xalqı Nə üçün qırılsın söylə, ey Tanrı?! Başqurdlar, tatarlar pələsəng olub, Estonlar, latışlar qandalda qalıb. Qazaxlar əzildi bir “ah” çəkmədi! Hansı xalq görmüşdü bu boyda dərdi!? Qırmızı kitaba düşüb dağlılar*. Onları qırmğın nə mənası var?! Niyə ərköyünlük edir erməni, Tarixən onların xarabdır qanı!.. Qorbaçov qısdırır, onlar qızışır, Cinayət törədib həddini aşır. Erməni önündə diz çökür nadan, Onlara işləyir hərif durmadan. Məsləhət-məşvərət onlardan alır, Yenilməz dövlətsə viranə qalır.
*dağlılar deyəndə Şimali Qafqaz xalqları (qaraçay, çeçen, inquş, balkar və s.) nəzərdə tutulur.
Çap etmək
|