| |

Yaşayır: KÜLƏKLƏR ŞƏHƏRİ
Əsərlərin sayı: 280
Resenziyalar: 899
Status: Şair
|
|
|
elman bəy.yazdığınız hər misrada elimizin ayrı-ayrı yaraları canlanıb.əlləriniz var olsun. Parçalandın min illər, bölündün dilim-dilim. Yaş axıtdı dərdinə, ağladı Göyçə gölüm. Başqa adla yaşadı, yad kimi yurdum, elim. Dərbənd şimalda qaldı,qüzeyə döndü Zəncan, Torpaqlarına qurban, vətənim Azərbaycan!
Türkmənçayın fərmanı, sənə həsrət gətirdi, Buna dəva ararkən, Qarabağı itirdi, «Gülüstan» gül yerinə, tikanlı sim bitirdi. Dərdimizə gülməyi, məcbur öyrətdi nadan, Göz yaşlarına qurban, vətənim Azərbaycan!
Təbrizə ana dedik, bizi yetim qoydular. Haqq deyən igidlərin, dərisini soydular. Əsirlərdi yeyildin,düşündük ki, doydular, Yağıya şirin gəldi, içdiyi o nahaq qan, Şəhidlərinə qurban, vətənim Azərbaycan!
Qərarla Zəngəzurum, vətən oldu dığaya. Özgənin kölgəsində, çevrildilər ağaya. Güllələndi,didildi, qocadan, ta çağaya. Yaxşı nəyin vardısa, oğurlandı sonacan, Sərvətlərinə qurban, vətənim Azərbaycan!
Ağrı dağım, ağrıdan qocaldı,xəstə düşdü. Xarı bülbülüm yandı, odda,alovda bişdi, Laçın, məğrur qartalı qarğalara dəyişdi, Hələ də güllələnir, məzarında Natavan, Acılarına qurban, vətənim Azərbaycan!
Muğam beşiyimizə, deyirik layla, ağı. Qızıl Kəlbəcərimi, talayır namərd yağı, Qanlı Xocalımızın, sönən, nakam çırağı, Sağalmaz yara kimi, ürəyindədi şan-şan, Niskillərinə qurban, vətənim Azərbaycan!
Borçalıdan tək qalan, xatirə dolu yaddaş, Şirin yalanlar ilə, ovunmuşuq biz qardaş. İntiqamım ağırdı, kəsiləcək neçə baş, Döyüş əlində silah, sən bütöv olanacan, Qalib gününə qurban, vətənim Azərbaycan.
--------------------
Qəm divar deyil, uçuram, Yanmışam, oddan qaçiram. Nahaqq görsəm dil açıram, Vallah mən şair deyiləm.................
|