Saytda artıq 2829 müəllif qeydiyyatdan keçib və 5493 əsər dərc olunub.
Dərc olunan əsərlərə 20880 resenziya yazılıb.
Sizi də qeydiyyatdan keçib əsərlərinizi dərc etməyə
dəvət edirik!
"Məşhur əsərlər" siyahısına əsərlər oxunmaların və resenziyaların sayına görə, həmçinin əsərin reytinqinə əsasən daxil olur. Siyahıya yalnız son bir həftə ərzində dərc olunan əsərlər daxil ola bilər. Əsəri qaldırmaq xidmətindən istifadə olunduqda şeir əlavə 7 gün siyahıda yer tuta bilər.
Müəllif: QABIL EDALET | 19 Yanvar 2012 | Oxunub: 434| Yadda saxlamaq:
Qoparmayın şəhid adlı yaramı, Düşmənlər duymasın, bu fəryadımı. Bilmirəm sevinim ya ağlayımmı, Adın tarixlərə, yazdı şəhidlər, Haqqın dərgahına, qalxdı şəhidlər!
Ay ana, saçını dərddən ağartma, Gəlib gedənlərdən oğlunu sorma. Qara bəxtim deyib, yanma-alışma, Adın tarixlərə yazdı şəhidlər, Haqqın dərgahına qalxdı şəhidlər!
Həyatda candan şirin deyin nə var? Şirin candan keçdi, vətənçün onlar. Əlbət yaşayacaq belə oğullar, Adın tarixlərə yazdı şəhidlər, Haqqın dərgəhına qalxdı şəhidlər!
Şəhidlik adını ucuz tutmayın, Öldülər sözünü dilə almayın. Onlar yaşayırlar, siz unutmayın, Adın tarixlərə yazdı şəhidlər, Haqqın dərgahına qalxdı şəhidlər!
Qabil Ədalətəm, yolunda hazır, Qisas alınacaq əvvəl ya axır. Yalnız bir təsəlli ürəyi açır, Var belə oğullar, ola şəhidlər, Haqqın dərgahına qalxdı şəhidlər!
Yaşayır: Bakı
Əsərlərin sayı: 40
Resenziyalar: 325
Status: Şair
Həyatda candan şirin deyin nə var? Şirin candan keçdi, vətənçün onlar. Əlbət yaşayacaq belə oğullar, Adın tarixlərə yazdı şəhidlər, Haqqın dərgəhına qalxdı şəhidlər!
Allah onlara rəhmət eyləsin .Yazan əllərin var olsun...........
--------------------
Şairlərdir əsl həkim , Dərman deyib , şer verir . Vay o xəstənin halına ki , Şer deyil nağıl sevir .
Yaşayır: Baki
Əsərlərin sayı: 168
Resenziyalar: 1072
Status: Şair
SALAM QABİL BU MÖVZUYA MÜRACİƏT ÖZÜ TƏQDİRƏLAYİQDİ, ALLAH ŞƏHİDLƏRƏ RƏHMƏT ETSİN, ƏGƏR ONLARIN YOLUN DAVAM ETDİRƏNLƏR VARSA DEMƏK QAN NAHAQ AXIDILMAYIB.. BU ŞEİRDƏ SƏHV AXTARMAQ BƏLKƏ O QƏDƏR DƏ DÜZGÜN DEYİL,AMMA YENƏ DAHA UGURLU SƏSLƏNSİN DEYƏ MƏN BALACA DÜZƏLİŞLƏRİ EDƏRDİM SƏN DƏ BAX HARDAS MEXANİKİ SƏHV VARDI...
UGUR OLSUN. ALLAH BU MİLLƏTİ QORUSUN
Qabil Ədalətəm, yolunda hazır, Qisas alınacaq əvvəl ya axır. Yalnız bir təsəlli ürəyi açır, Adın tarixlərə yazdı şəhidlər, Haqqın dərgahına qalxdı şəhidlər!
BU BƏNDİ BELƏ YAZARDIM
Qabil Ədalətəm, yolunda hazır, Qisas alınacaq əvvəl ya axır. Yalnız bir təsəlli ürəyi açır, Vardır ogullar ola şəhidlər, Haqqın dərgahına qalxdı şəhidlər!
bu misranı Onlar yaşayır, bunu unutmayın, belə Onlar yaşayır, siz unutmayın,
Yaşayır: .........................
Əsərlərin sayı: 78
Resenziyalar: 666
Status: Şair
Səfər bəy mənim gözüm üstə bu dəqiqə bu nöqsanalrı düzəldəcəm. Kaş ki bütün iradlar belə oalrdı Ay Allah. Var olun.Bu da sizin böyüklüyünüzün bir nümunəsi. Nə isə bu qədiqə onları düzəldim sonra yazaram.
Yaşayır: KÜLƏKLƏR ŞƏHƏRİ
Əsərlərin sayı: 280
Resenziyalar: 899
Status: Şair
şəhidlərimiz tarıximizi öz qanlarıyla yazdı yenidən.elə bir qanla ki, nə su ilə yuyular, nə göz yaşıyla.daşdan yazı silinməyən kimi bir yazı yaratdılar.amma gəlin təkcə ildönümlərində yox, hər an yad edək onları.bu ən azından borcumuzdu.sağ ol ki, onları özünə məxsus yad etmisən.
--------------------
Qəm divar deyil, uçuram, Yanmışam, oddan qaçiram. Nahaqq görsəm dil açıram, Vallah mən şair deyiləm.................
Yaşayır: Baki
Əsərlərin sayı: 9
Resenziyalar: 12
Status: Şair
Salam Qabil əvvəla səni ikincilik münasibətilə təbrik edirəm.Allah diləyirəm bu uğur sənin başlıanğıc uğurun olsun.İnşallah davamlı,axarı olsun.Sən ki bu qəlbin sahibisən sən çox zirvələr aşacaqsan.İnşallah.Şeirindəki özünəməxsus yazılıb.Tanrı səənə yar olsun.QAbil bir böyük kimi sənə məsləhətim sən yalnız öz yardımını O gözə görünməzdən dilə.Kiz bəndələr kimik ki sənə nəsə edək istər yaxşı istərsədə pis.Ulu tanrım səni qorusun bala.
Yaşayır: Ağdam.
Əsərlərin sayı: 3
Resenziyalar: 9
Status: Yeni şair
Salam.əvəal mən də səni ikincilik münasibətilə təbrik edirəm.Bu yaşda buna da şükür İnşallah gələn müsabiqələrdə birincilik səınin olar.Sən buna laiqsən.Alah sənin öz ürəyinə görə versin, verəcəkdə.Şerində xoşuma gəldi.Tanrı sənə yar olsun.
Yaşayır: .........................
Əsərlərin sayı: 78
Resenziyalar: 666
Status: Şair
Sağ olun hər birinizə ayrı ayrılıq da öz minətdarlığımı bildirəm.Səidə xanım, Zərifə xanım bu uğur mənim ilk uğurum idi o da yaxşı başlaıdm.Bu da o deməkdir Allah köməyilə yalnız zirvəyə doğru. Həyatla təkbətək Mübarizə.
--------------------
Qabil Ədalet
Məlumat
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər. Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz Login adınızla sayta daxil olun!