Damarımda axan qanım, Ömrüm, günüm , çirin canım. Görüşməə var gümanım, Mənim doğma anam Göyçə.
Gedib əldən ixtiyarım, Tükənməz sərvətim, varım. Sənsən könlümdə qübarım, Mənim doğma anam Göyçə.
Xatirən var varaq-varaq, Verən yoxdur səndən soraq. Sən əbədi yanana çıraq, Mənim doğma anam Göyçə.
Zərifəyəm haqdı sözüm, Yaman gündə dönməz üzüm. sabahım, gecəm, gündüzüm, Mənim doğma anam Göyçə.
Çap etmək
|