Saytda artıq 2829 müəllif qeydiyyatdan keçib və 5493 əsər dərc olunub.
Dərc olunan əsərlərə 20880 resenziya yazılıb.
Sizi də qeydiyyatdan keçib əsərlərinizi dərc etməyə
dəvət edirik!
"Məşhur əsərlər" siyahısına əsərlər oxunmaların və resenziyaların sayına görə, həmçinin əsərin reytinqinə əsasən daxil olur. Siyahıya yalnız son bir həftə ərzində dərc olunan əsərlər daxil ola bilər. Əsəri qaldırmaq xidmətindən istifadə olunduqda şeir əlavə 7 gün siyahıda yer tuta bilər.
Müəllif: ISAG | 21 Oktyabr 2010 | Oxunub: 496| Yadda saxlamaq:
Sən tarixə adını qanla yazdın,MÜBARİZ
Xalq qəhrəmani Mubariz İbrahimovun əziz xatirəsinə..
O gecə Ulu tanrı qüvvət verdi qoluna, Sən bir el övladısan nurun səpdi yoluna, Dar gündə kömək oldu bu qəhrəman oğluna, Əlindəki məktubu şanla yazdin,MUBARİZ Sən tarixə adını qanla yazdın,MÜBARİZ..
Kişilik məktəbinin ilk tələbəsi oldun, Bu Azəri xalqının sən qələbəsi oldun, İnaniram millətin azadlıq səsi oldun, Azadlığın şüarın canla yazdın,MÜBARİZ Sən tarixə adını qanla yazdın,MÜBARİZ..
Millətinə məhəbbət qəlbinə yol açırdı, Düşmən sənin qarşında dovşan təki qaçırdı, Hər atdığın mərmiylə düşmənə od saçırdı, Düşmənə bu matəmi anla yazdın,MÜBARİZ Sən tarixə adını qanla yazdın,MÜBARİZ
Canı vətən yolunda sipər etdin gülləyə, Özün isə ucaldın ən müqəddəs zirvəyə, Son sözündə bu idi:"sağ olsun vətən" deyə Şəhidliyə adını şanla yazdın,MÜBARİZ Sən tarixə adını qanla yazdın,MÜBARİZ
Yaşayır: bakı
Əsərlərin sayı: 72
Resenziyalar: 1183
Status: Şair
Qəhrəmanımıza həsr olunduğu üçün təqdirəlayiq şeirdi.Deyilənlərlə razılaşıram.Bir də ən önəmli iradım odur ki,birinci bənddəki SEYİDLİYİ,CƏDDİ bəlkə bura əlavə etməyə-siniz.İnsanın tək xilaskarı-ölümdən Tanrıdı.Burada bir az mistikaya uymusuz.Seyidlər Müqəddəs Peyğəmbərimizin davamçılarıdı,sonunda insandılar,onlara sitayiş eləmək ol- maz.Uğurlar.
Yaşayır: Bakı şəhəri
Əsərlərin sayı: 117
Resenziyalar: 435
Status: Şair
Çox xoşuma gəldi. Arzu edirəm qələbə şeirləri yazasan. Nə nöqtəsinə dəy nə də vergülünə(hər halda bu şeirin) Bu şeir sənin milli qəhrəmanla çəkdirdiyin xatirə şəklidir.................
--------------------
Həsrət məhəbbəti çəkəndə dara, Dünya sevincindən geyəndə qara, ALLAHIN əmriylə hər gün Eldara, Fələklər ah çəkər, mələklər ağlar !
Yaşayır: --
Əsərlərin sayı: 155
Resenziyalar: 1548
Status: Şair
1) "Əlindəki məktubu şanla yazdın, Mübariz!" "Şanla yazmaq" ifadəsi olmasa da, "şanlı məktub" ifadəsi var, məqbuldur. 2) "Hər açdığın mərmidən düşmənə od saçırdı" misrası belə olsa, necədir? - Hər atdığın mərmiylə düşmənə od saçırdın" 3) "Canı vətən yolunda qurban verdin gülləyə" ( Düşmən gülləsinə?) Misra belə olsa, necədir? - Canı vətən yolunda sipər etdin gülləyə!
Yaşayır: Baki
Əsərlərin sayı: 31
Resenziyalar: 632
Status: Şair
Deyiwiklikleri nezere alsaniz, lap yaxsi olar. Amma seire soz ola bilmez, men cox beyendim. Mubarize hesr olunmus seirde emosiya ele bele olmalidir. Size ugurlar!
Yaşayır: özümdən uzaqlarda mənimə yaxın bir yerdə
Əsərlərin sayı: 43
Resenziyalar: 882
Status: Azad yazar
Menim ozumunde yazisi var Mubariz qardawim haqqinda...Bir nece defe boyuyub bawa catdigi evde oldum anasiyla-atasiyla qardawlari ile sobetder eledim...Istedim nese yazim amma ne qeder caliwsamda vuruwsamda Mubarize layiq bir soz yaza bilmedim(yazdim ureyimden keceni yazdim)bawa duwdum ki Mubarize soz yazmaq yox Mubarizin usyanina inqlabina qowulmaq lazimdir...ve utandim...Amma her halda Mubarizin adina hele cox weirler cox yazilar yazilacaq cunku o bir el veten qehremanidir...Allah rehmet elesin ona...Sag olsun bu weiri yazan qardawda ki Mubarizi yad eleyib... Mende oz yazimin bir bendinde ona oz boyuk regbet se sevgimi bildire bildim...
Mubariz olmeyib olu bizlerik Qara uzumuzu ortub gizlerik Mubariz olmeyib Mubariz sagdi Cun Allah yaninda simasi agdi...
QARAGUN...
--------------------
Mənim yazdıqlarım şeir deyil...Ürək sözlərim və ağrılardı...
Məlumat
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər. Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz Login adınızla sayta daxil olun!