Saytda artıq 2829 müəllif qeydiyyatdan keçib və 5493 əsər dərc olunub.
Dərc olunan əsərlərə 20880 resenziya yazılıb.
Sizi də qeydiyyatdan keçib əsərlərinizi dərc etməyə
dəvət edirik!
"Məşhur əsərlər" siyahısına əsərlər oxunmaların və resenziyaların sayına görə, həmçinin əsərin reytinqinə əsasən daxil olur. Siyahıya yalnız son bir həftə ərzində dərc olunan əsərlər daxil ola bilər. Əsəri qaldırmaq xidmətindən istifadə olunduqda şeir əlavə 7 gün siyahıda yer tuta bilər.
Müəllif: Simurq | 24 Avqust 2010 | Oxunub: 398| Yadda saxlamaq:
Vətənimin səsi! Qalxın! Durun! Ey igidlər, mübarizlər! Hər bir dərdin, kədərin həm də bir əlacı var. Ayağa durun, ey qəhrəman oğullar, Bu dar gündə Vətənin sizə ehtiyacı var.
Qoşunumdur yazdığım hər şeirim, Qılıncımdır əlimdəki qələmim. Köməyinə gəlirəm oğul kimi, Vətənin, Qorxmuram mən döyüşdən, yoxdur kədərim, qəmim.
Ölsəm kədərlənmərəm, Heç zaman yemərəm qəm. Əksinə sevinərəm! Çünki mən Sənə olan borcumu yerinə yetirmişəm.
Ey əziz Vətənim, gözəl diyarım, Mənim ömrüm açılan tazə güldür, çiçəkdir. Şair Ceyhun köçsə də bu qocaman dünyadan, Onun qəlbi sizinlə döyünəcəkdir!
Yaşayır: --
Əsərlərin sayı: 155
Resenziyalar: 1548
Status: Şair
1) Məncə, indi belə müraciətlərə igidlərə, vətəndaşlara yox, Prezidentə - baş komandana olmalıdır. Daha dəstə bağlamaq, Qarabağa yürüşlər etmək dövrü keçdi, vahid ordumuz, vahid baş komandanımız var. Hamımız onun əmrinə müntəzirik. 2) Şair Ceyhun kimdir? Yoxsa bu şeir onundur?
Yaşayır: bakı
Əsərlərin sayı: 72
Resenziyalar: 1183
Status: Şair
Şerdə səmimi vətənpərvərlik duyğuları əks olunub.Bu duyğularına görə bu gəncimizi alqışlamaq lazımdı.Amma Vətənini yox,təkcə cibini düşünən,əsgərliyə belə getməyən qorxaq,ata-anasının "nazlı oğlu"olanlar da var.Belələriylə ailə belə qurmağa dəyməz. Amma şerin vəzni bilinmir.Nə sərbəstdədi,nə əruzda,nə də hecada.