Mündəricat |
Bu ayın ən fəal şairləri |
|
Məşhur əsərlər |
Müəllif: abelveliyev
Əsər: Danışan yağış
Oxunub: 94 | Resenziyalar: 5
___________________________
Müəllif: Vusal Huseyn
Əsər: Ömür karvanı
Oxunub: 84 | Resenziyalar: 3
___________________________
Müəllif: Axundi
Əsər: Qəribədir...
Oxunub: 72 | Resenziyalar: 8
___________________________
Müəllif: Ulvi Rovsen
Əsər: SƏFƏR BƏYƏ CAVAB
Oxunub: 48 | Resenziyalar: 7
___________________________
Müəllif: Ruslan Novres
Əsər: Ana ! 18. 04. 2008
Oxunub: 47 | Resenziyalar: 5
___________________________
Müəllif: Ruslan Novres
Əsər: 22. 02. 2008
Oxunub: 37 | Resenziyalar: 4
___________________________
"Məşhur əsərlər" siyahısına əsərlər oxunmaların və resenziyaların sayına görə, həmçinin əsərin reytinqinə əsasən daxil olur. Siyahıya yalnız son bir həftə ərzində dərc olunan əsərlər daxil ola bilər. Əsəri qaldırmaq xidmətindən istifadə olunduqda şeir əlavə 7 gün siyahıda yer tuta bilər.
|
Son resenziyalar |
|
Hədiyyələr |
 |
|
|
Shop.az |
|
Ödənişli xidmətlər |
|
Sənət dostlarım |
|
|
|
|
|
| |
|
|
|
|
| _____________________________________________ |
|
|
|
Misra.az servisindən istifadə barədə
MÜQAVİLƏ
Müqavilə misra.az şer portalının təsisçisi Kərimov Fuad Əsəd oğlu (gələcəkdə “Təsisçi” və əsərlərini portalda dərc etmək məqsədi ilə qeydiyyatdan keçən fiziki şəxs (gələcəkdə “İstifadəçi”) arasında bağlanılır.
1. Müqavilənin məzmunu
1.1. Təsisçi havayı olaraq İstifadəçiyə saytda əsərlərini dərc etmək üçün yer ayırır və yerləşdirilən əsərləri istənilən şəxs tərəfindən və istənilən vaxt oxunması üçün şərait yaradır.
1.2. Əsərləri saytda İstifadəçi özü yerləşdirir.
1.3. Əsərlərini saytda yerləşdirərkən İstifadəçi əsərlərə olan müəllif hüquqlarını özündə saxlayır.
1.4. İstifadəçi qeydiyyat zamanı verdiyi şəxsi məlumatlara görə Təsisçiyə onları qorumaq və təkmilləşdirmək hüququ verir.
1.5. Təsisçi müqavilənin şərtlərini dəyişmək hüququna malikdir.
2. Təsisçinin hüquqları
2.1. Təsisçi istənilən zaman İstifadəçiyə saytda yer ayırmaqdan imtina etmək, həmçinin İstifadəçinin hər hansı bir əsərini və ya bütün əsərlərini ləğv etmək hüququna malikdir.
2.2. Təsisçi saytın hər hansı ayrıca servisinə İstifadəçi üçün qadağa qoymaq hüququna malikdir.
3. İstifadəçi hüquqları
3.1. Əsərləri saytda yerləşdirərkən İstifadəçi Azərbəycan Respublikasının İstifadəçi hüquqları haqda qanununa əməl etmalidir, dərc etdiyi əsərin faktiki müəllifi və ya Müəllif hüquqlarına malik insanın qanuni təmsilçisi olmalıdır.
3.2. Təmsilçi yalnız əsərlərin saytda dərc olunması üçün yer ayırır, dərc olunan əsərlərə görə bütün məsuliyyət İstifadəçinin üzərindədir.
3.3. İstifadəçi əsərlərinin saytda yerləşdirilmə faktını İstifadəçi hüquqlarının qorunması üçün istifadə edə bilər. Təsisçi tələb olunduğu zaman əsərlərin dərc olunması barədə İstifadəçiyə Şəhadətnamə verir.
3.4. Əsərin Təsisçi saytında dərc olunması onun digər saytlarda, həmçinin çap nəşriyyatlarında dərc olunmasına heç bir məhdudiyyət yaratmir.
3.5. Əsərlərini saytda yerləşdirərkən İstifadəçi öz müəllif hüquqlarından istifadə edir. Bununla bütün hüquqlar İstifadəçinin özündə qalır və nə Təsisçiyə nə də ki, hər hansı üçüncü şəxsə verilmir.
4. İstifadəçinin vəzifələri
4.1. İstifadəçi yalnız özü müəllif olduğu əsərlərin saytda yerləşdirilməsinə zəmanət verir. Əsərin müəllifi digər şəxs olduğu halda İstifadəçi həmin şəxsi öz adı və ya psevdonimi ilə qeydiyyatdan keçirməli və həmin şəxsin öz adından əsəri dərc etməlidir.
4.2. İstifadəçi bütün əsərlərini saytda tam havayı yerləşdirir.
4.3. Hər hansı əsərin müəllif hüquqlarını digər şəxsə verdiyi zaman İstifadəçi dərhal həmin əsəri saytdan ləğv etməlidir.
4.4. İstifadəçi misra.az saytının qaydalarına əməl etməyə zəmanət verir.
5. Təsisçinin vəzifələri
5.1. Təsisçi sayt daxilində İstifadəçinin müəllif hüquqlarının qorunmasını tamin edir.
5.2. Təsisçi İstifadəçinin bütün əsərlərini saytda havayı yerləşdirir və hər hansı ödəniş yalnız əlavə xidmətlərə görə tələb oluna bilər.
6. İstifadəçinin məsuliyyəti
6.1. İstifadəçi dərc etdiyi əsərlərə görə Azərbaycan Respublikası Qanununa əsasən tam məsuliyyət daşıyır.
6.2. İstifadəçi Təsisçi qarşısında misra.az saytının qaydalarını yerinə yetirilməsinə görə məsuliyyət daşıyır. Qaydaların pozulmasına görə Təsisçi İstifadəçiyə əsərlərini saytda dərc etməsinə qadağa qoyub və bu Müqaviləni ləğv edə bilər.
7. Təsisçinin məsuliyyəti
7.1. Təsisçi etdiyi əməllərə görə Azərbaycan Respublikası Qanununa əsasən tam məsuliyyət daşıyır.
7.2. Təsisçi İstifadəçinin dərc etdiyi əsərlərə görə heç bir məsuliyyət daşımır.
7.3. Təsisçi İstifadəçinin saytdan istifadəsi zamanı çəkdiyi hər hansı bir ziyana görə məsuliyyət daşımır.
7.4. Təsisçi saytın problemsiz işləməsinə zəmanət vermir.
8. Qarşısıalınmaz gücün təsiri
8.1. Qarşısıalınmaz gücün təsiri nəticəsində Müqavilənin hər hansı pozuntusuna görə tərəflər bütün məsuliyyətlərdən azad olunur.
9. Mübahisələrin həll olunması
9.1. Hər hansı mübahisənin yarandığı zaman İstifadəçi Təsisçi ilə əlaqə formasının köməyi ilə əlaqə saxlayıb iki həftə müddətində cavab ala bilər.
9.2. Mübahisə danışıqlar yolu ilə həll olunmadığı halda Azərbaycan Respublikası Qanunları çərçivəsində həll olunmalıdır.
10. Müqavilənin qüvvədə olduğu müddət
10.1. Müqavilə İstifadəçinin qeydiyyatdan keçdiyi andan qüvvəyə minir və saytın fəaliyyət göstərdiyi bütün müddətdə qüvvədə qalır. |
 |
......................................................
|
|