Saytda artıq 2829 müəllif qeydiyyatdan keçib və 5493 əsər dərc olunub.
Dərc olunan əsərlərə 20880 resenziya yazılıb.
Sizi də qeydiyyatdan keçib əsərlərinizi dərc etməyə
dəvət edirik!
"Məşhur əsərlər" siyahısına əsərlər oxunmaların və resenziyaların sayına görə, həmçinin əsərin reytinqinə əsasən daxil olur. Siyahıya yalnız son bir həftə ərzində dərc olunan əsərlər daxil ola bilər. Əsəri qaldırmaq xidmətindən istifadə olunduqda şeir əlavə 7 gün siyahıda yer tuta bilər.
Müəllif: Saxavat | 7 Fevral 2012 | Oxunub: 84| Yadda saxlamaq:
N. Kəsəmənlinin əziz xatirəsinə ------------------------------------
Sizin evdə biri vardı, biri yox, Bizim evdə yox idi hər ikisi. Sizdəkilər yarı acdı, yarı tox, Bizi isə əydi dərdin çəkisi.
Bu yoxluğun tapılmırdı əlacı, Sizin evdə biri vardı, biri yox. Bizim evdə bir mən idim, bir bacım, İşləməyə heç birinin yeri yox.
"Biri vardı, biri yox"lar neyləsin, O illərin əzabını qatladıq. Qonşu qızın yuxuları oldu çin, Ömrümüzün sərt qışini adladıq.
Gəlib çıxdı baxtımızın xoş günü, Sığalladı yetimliyin başını. İllər keçdi, zaman verdı hökmünü, Bacım atdi subaylığın daşını.
Ay gözəllər, xəbəriniz varmı heç, Evimizin ocağı var, piri yox. Qonşu qıza göndərmışəm ismarıc,- Bizim evdə biri vardır, biri yox. -------------------------------------- Müəllif: Xanəli TOLIŞ
Yaşayır: KÜLƏKLƏR ŞƏHƏRİ
Əsərlərin sayı: 280
Resenziyalar: 899
Status: Şair
yenə şükr elə o yardana, ay XANƏLİ.SİZİN EVDƏ 2Sİ DƏ OLMAYIB.AMMA ELƏLƏRİ VARDI Kİ, HEÇ EVİ DƏ YOX İDİ Kİ, BİRİ YA DA İKİSİ OLDUĞUN GÖRSÜN.HƏR ANDA ALLAH ŞÜKRƏ LAYİQDİR.
O Kİ, QALDI ŞEİRƏ, GÖZƏLDİR.QİYMƏTİMİ BİLİRSƏN. VAR OL.
--------------------
Qəm divar deyil, uçuram, Yanmışam, oddan qaçiram. Nahaqq görsəm dil açıram, Vallah mən şair deyiləm.................