Saytda artıq 2829 müəllif qeydiyyatdan keçib və 5493 əsər dərc olunub.
Dərc olunan əsərlərə 20880 resenziya yazılıb.
Sizi də qeydiyyatdan keçib əsərlərinizi dərc etməyə
dəvət edirik!
"Məşhur əsərlər" siyahısına əsərlər oxunmaların və resenziyaların sayına görə, həmçinin əsərin reytinqinə əsasən daxil olur. Siyahıya yalnız son bir həftə ərzində dərc olunan əsərlər daxil ola bilər. Əsəri qaldırmaq xidmətindən istifadə olunduqda şeir əlavə 7 gün siyahıda yer tuta bilər.
Müəllif: Orkhan Graf | 4 Fevral 2012 | Oxunub: 95| Yadda saxlamaq:
Sevgi şairi adını almış müdrik heyrətlənməyə başlamışdı.Beləki,onu daxmadan çıxarıb ölkəsinin inkişaf eləmiş yerlərinə səyahətə aparırlar.Qoca tarixi abidələri,muzeyləri,yeni açılmış parkları,metroları gəzir,şəhəri tanımağa başlayır.İnsanların həyat tərzi ilə yaxından tanış olur.Aylar,illər ötür...Vaxt gəldikdə qocanı geriyə,öz yaşadığı yerə qaytarmalı olurlar.Şəhərdən çıxmağına az qalmış,son olaraq şəhər sakinləri sevgi şairinə belə bir sual verirlər: Siz ölkəmizin gözəl şəhərlərindən biri ilə tanış oldunuz.Bizim üçün maraqlı olardı,sevgi şairi bu şəhərdə sevgini necə başa düşdü?Bu şəhərdə sevgi nəyə deyilir? Qoca,yıxılmasın deyə,əsən əlləri ilə əsasın yerdə olan daşın birinə dirəyir və təəccüblə deyir: O sevgiki deyirsiniz,nədiki o? Metroda arxasını tutub sıxmaq? Səhərdən axşamaycan yazışmaq? Gecədən səhərəycən danışmaq? Bəlkə qucağlayıb "səni sevirəm" deyib,çiyninə sarılıb,ordan o birisinin arxasına baxmaq? Sevgi?! Süni lalələrin arasınamı atmaq? Xəyanətlə dolu yatağamı uzandırmaq? Parklarda skamyalar üzərində,tinlərdə qurulan sevgi? Bəlkədə...
Yaşayır: .........................
Əsərlərin sayı: 78
Resenziyalar: 666
Status: Şair
Qardaş çox gözəl, poetik, ürəyə toxunan, dağı-daşı dilə gətirən bir yazı qələmə almısan.Mənim də arzumdur, ki, mən HAQQ şairi adı alım.Xalq şairi alacam ona əminəm İnşallah o gün olacaq. Əllrin var olsun Orxan.Mən də arada istəriəm ki, bir kişicik hekayə yazım amma vaxtım yoxdur, artıq ad da fikirləşmişəm.İnşallah planlarım çoxdur amma vaxtım az.Amma sənin yazıların çox xoşuma gəlir.Uğur olsun səsə qardaş.Sənə Dövrümümzün Anar, Zəlimxan, Aqil Abbas zirvəsi arzu edirəm hələlik.............. sağ ol!
Yaşayır: Baki
Əsərlərin sayı: 168
Resenziyalar: 1072
Status: Şair
Fikrin yaxşıdı,Orxan.pis qələmə almamısan,amma yenidən məncə işləyə, daha çox rəng qata bilərsən,çünki elə mövzudu ki insan əli qələm tutan vaxtdan yaza-yaza gəlirlər,sonu da yoxdur.
Məncə çomaq sözünü əsa ilə skamyanı oturacaqla əvəz etmək olar. Ugurlar.