Lut dedi: “Həqiqətən,mən sizin əməlinizə nifrət edənlərdənəm!” Quran’i Kərim
-Salam – sakitcə qıraqdan çıxaraq o dedi. -Sən kimsən?Bu nədir Allahım...Rədd ol! -Yox,xahiş eləyirəm,qulağ as. -Olmaz!Çıx get!Sən heç adamada oxşamırsan! – hirsli şəkildə Ayla cavab verdi. -Nə,nə?Niyə? -Sən bir dəfədə olsun özünə güzgüdə baxmısan?!Öz əksini görmüsən? -Nə?Güzgü nədi?Yox.- gülümsəyərək o dedi. -Allahım,bu nədir belə...Mən nə işə düşdüm?! -Yalvarıram Ayla məni başa düş. -Kim?Ayla?Sən məni hardan tanıyırsan? -Mən?Mmm...Göylərdən... -Sənin üzün nədi belə?Üzündən yağlı sular axır,hələ əlindən də.- Ayla əlindəki çətiri ilə göstərdi. -Hə,bu normal deyilki bəyəm? -Nə?Hansı millətin adamısan?Hardan gəlmisən? -Mən?Nə fərqi... Bu sirr olaraq qalsın... -Zən gəlir,bir dəqiqə gözlə... Anamdı,mən evə getməliyəm. -Xahiş eləyirəm Ayla,heç kəsə bu görüş haqda danışma. -Mən getdim. Ayla,oradan çıxıb,yolda olan qəribə dialoqdan sonra evə yollandı.Onun haqda çox fikirləşdi.İlk dəfə idi belə bir canlı görürdü.Ona bunlar anlaşılmaz idi.Niyə məhz mənim ilə?Niyə heç kəsə heçnə danışmayım?Danışmayacam...Gəldi evə.Sanki adi günlərdən biri idi,bir şey olmayıbmış kimi vaxtını keçirtdi.Hərdən atası yadına düşürdü.O,rəhmətə getdikdə Aylanın səkkiz yaşı vardı.Evin tək qızı.Anası onu çox sevirdi.Anası ağır yol qəzasından sonra bir ayağını itirmişdi,Aylanı yalnız evdə görürdü.Ayla on doqquz yaşında anasına demişdi ki,iş tapmışam.O vaxtlardan səhər çıxıb axşam gəlirdi.Onun gətirdiyi pula və pensiyaya gözlərini tikərək bir təhər yaşayırdılar.Səbrsizliklə səhəri gözləyirdi,işə getmək üçün tələsirdi.Axşam işdən çıxdıqdan sonra,onu görüb-görməyəcəyi haqda fikirləşirdi.Çox pis görkəmi olmasına baxmayaraq,o,Aylanın ürəyinə yatmışdı.Xoşu gəlirdi,amma biruzə vermirdi.Səhər açıldı,getdi işini qəşəngcə gördü və işdən qayıdarkən... -Heçnə danışmadığın üçün çox saq ol. -Yenə,yenə?!Sən... Nə deyim sənə mən?!Kimsən,nəçisən ay bala? -Kiməm? – o,təəccüblə soruşdu. -Hə. -Sənin üçün mən mmm...Nə istəyirsən de. -Nə deyim? -Ağlına gələn bir söz,adımı de. -Mimo... Ayla sakitcə pıçıldadı. -Mimo?Hə,bu gündən artıq mənim adım Mimo... -Mimo,getməliyəm!Anam gözləyir. -Heç kəsə heçnə demə,sabah işədə getmə!Səni burda gözləyəcəm. -Nə?Yox!Edə bilmərəm,olmaz. Aylanın dili yox desədə,ürəyi sevinir və onunla görüşə getmək istəyirdi.”Bir gün işə getməyim,nə olarki,öləcəyik?!”-deyə,Ayla sabah bütün günü onunla danışmaq istəyirdi.Evdən çıxdıqda isə işə gedirəm deyib anasından ayrıldı. -Bilirdimki gələcəksən.- Mimo sevinirdi. -Hə?Düzünü desəm səni qəbul etməməyimə baxmayaraq,səndən xoşum gəldi. -Hə,mənə xoşdu.Bədənim yağlı su,səkkiz barmağım,bir-birindən fərqli gözlərim...Sənin üçün qorxunc olsada,məncə normal bir şeydi,öyrəş. -Çalışaram,amma sənin məqsədin nədi?Niyə məhz mənimlə danışırsan? -Özün haqda bir balaca məlumat ver,mən bircə adını bilirəm. -Atam yoxdu,anam isə şikəstdi.Evdə anam ilə birgə qalıram,satıcı işləyib anama kömək oluram. -Satıcı? -Hə,satıcı! - Ayla cavab verdi. -Onda məni aparıb sata bilərsən,mənki qeyri-adi bir məxluqam.Yaxşı qiymətə gedərəm yəqin. -Yox Mimo,mən səni heç vaxt satmaram axı. – Ayla gülümsədi. -Hə?Niyə? -İki gündür tanış olmağımıza baxmayaraq,mənə çox yaxınsan,bimirəm niyə. -Çox yaxınamsa onda səndən bir xahişim var,yerinə yetirərsən? -Hə çalışaram,de görüm Mimo. -Çıx işdən satıcı işləmə,otur evdə.Vaxt gələcək gələrsən bura,onda danışarıq. -Niyə?Sən nə danışırsan belə?Acından ölək? Artıq Mimo orada yox idi.Ayla heçnə başa düşməyib evə döndü.Açıb hər şeyi anasına danışmaq istəyirdi.Mimonun sözləri daima onun qulağındaydı.Amma anasına bu haqda bir şey danışmadı. -Anacan,bu gün sonuncu iş günüm idi.Çıxdım işdən... -Niyə qızım,nə olub? – Anası narahatçılıqla soruşdu. -Artıq yorulmuşam,evdə oturub bir müddət istirahət etmək istəyirəm. Ayla ilə anası çox ağır günlərini yaşayırdılar.Evdə yeməyə bir şey tapmadıqda belə,anası ona bir söz demirdi.Ayla Mimonu gördüyündən bir-iki ay keçmiş olardı və bir gün o yenə getdi həmin yerə. Mimoda ordaydı. -Hər şey yaxşı olacaq! – Mimo həmişəkindən daha yaxınlaşmışdı. -Hə,yəqin. – Ayla aciz baxışları ilə cavab verdi. -Ala bu pulları,get ananı sağalt,vaxt gələcək yenə gələrsən. Mimo yenə yox oldu.Ayla tamamilə heçnə anlamırdı.Mimonun verdiyi pula anasını apardı həkim yanına,onu müalicə elətdirdi.Anası artıq yeriyə bilirdi,çox sevinirdi.Ərinin qəbrinin üstünə gedə biləcəyi üçün sevinirdi.Ayla atasının məzarını ziyarət etdikdən sonra,Mimo ilə tanış olduğu yerə getdi. -Vaxtdır artıq,getməliyik! – Mimo Aylanın əlini möhkəm tutdu. -Hara Mimo?Nəyin vaxtıdır? -Gəl gedək!Möhkəm tut əlimdən,narahat olma.- Mimo cavab verdi. Burada Aylanı Mimoya bənzər məxluqlar əhatə edirdi.Mimo onu öz dünyasına aparmışdı.Hər şeyi ona göstərdikdən sonra qayıtmalı olduğlarını söylədi. -Burdada hər şey qutarır,çıx get...Məndə gedirəm... – Mimo üzgün idi. -Yox Mimo,yalvarıram sənə getmə,mən səni itirə bilmərəm. – Ayla ağlayırdı. -Get Ayla get...Anan gözləyir. -Xahiş eləyirəm Mimo! “Get satıcı işlə!”-deyərək Mimo bu dəfə həmişəlik yox oldu. Mimo Aylanın nə işlə məşğul olduğunu bilirdi.O satıcı işləmirdi,o fahişə idi... Bu haqda heç kəs bilmirdi.Bu qısa bir vaxt ərzində Ayla Mimonu sevə bilmişdi.Onu özünə çox yaxın bilirdi.Mimo onu dəyişib yox ola biləcəyinə inanırdı,elədə oldu.Mimo bir şeyi dəqiq bilirdi: sevgi hər şeyə qadirdi,hətta fahişə sevgisi belə...
Çap etmək
|