Saytda artıq 2829 müəllif qeydiyyatdan keçib və 5493 əsər dərc olunub.
Dərc olunan əsərlərə 20880 resenziya yazılıb.
Sizi də qeydiyyatdan keçib əsərlərinizi dərc etməyə
dəvət edirik!
"Məşhur əsərlər" siyahısına əsərlər oxunmaların və resenziyaların sayına görə, həmçinin əsərin reytinqinə əsasən daxil olur. Siyahıya yalnız son bir həftə ərzində dərc olunan əsərlər daxil ola bilər. Əsəri qaldırmaq xidmətindən istifadə olunduqda şeir əlavə 7 gün siyahıda yer tuta bilər.
Müəllif: Saxavat | 9 Yanvar 2012 | Oxunub: 123| Yadda saxlamaq:
Imkanı olmayan, gücü çatmayan, Əli yetməyənə "lağ"dır vəzifə. Kasıbçün "tilsimdir"- gülləbatmayan, Varlıyçün "ərinmiş yağ"dır vəzifə.
Hər kəs bu işıqdan nurlana bilməz, Hər kəsin baxtına gurlana bilməz. Hamıya dərilib "urlana" bilməz, Nadir bir meyvədir, tağdır vəzifə.
O bir sehirdir ki, sahib oldun ha, Dönür daş-qaşlara, dönür altuna. "Zirənglər" açaraq sərir altına, "Qatı açılmamış ağ"dır vəzifə.
Sənindir al, götür, var məharətin, Ömrlük unutma dadın, ləzzətin. "Köməyi" olmayan dırmanar çətin, Əlçatmaz zirvədir, dağdır vəzifə.
Hər şeyi unudub, kim ona uyub, Nə bir kəs usanıb, nə bir kəs doyub. Yolunda çoxları "canını" qoyub, Hələ də yaşayır, sağdır vəzifə. -------------------------------------- Müəllif: Tahir HEYDƏRLİ
Yaşayır: --
Əsərlərin sayı: 155
Resenziyalar: 1548
Status: Şair
Aktual mövzudur. Sənətkarlıq öz yerində. Amma konkret, real detallar bədii dona salmaq üçün bir az zəhmət çəkmək lazımdı. Məsələn, Samir Qara buna cəhd edib. Bir fakt da mən deyim, qoy bu mövzunu işləyənlərə ərməğan olsun: N.Nərimanov deyərdi ki, adamı tanımaq istəyirsən, ona vəzifə ver, kimliyi üzə çıxacaq.