Əgər məndən incisən, Nə özgəyə gileylən, Nə də arxamca danış. Əgər məndən incisən, Nə dost bilsin, nə tanış. Demə, demə heç kimə, Üzümə de, üzümə!
Gözün üstümdə olsun, İzlə məni dəmbədəm Yaxın dost, sirdaş kimi. Gözün üstümdə olsun – Nöqsanımı, səhvimi Daldada yox, özümə, Üzümə de, üzümə!
İncimərəm, küsmərəm, Kəsmərəm sizdən ayaq – Anla, anla sən məni, İncimərəm, küsmərəm, Üzdə danlasan məni. Fəqət baxıb gözümə, Tərif demə üzümə, Tərif demə üzümə!
Müəllif: Ənvər Rza.
Çap etmək
|