Saytda artıq 2828 müəllif qeydiyyatdan keçib və 5493 əsər dərc olunub.
Dərc olunan əsərlərə 20880 resenziya yazılıb.
Sizi də qeydiyyatdan keçib əsərlərinizi dərc etməyə
dəvət edirik!
"Məşhur əsərlər" siyahısına əsərlər oxunmaların və resenziyaların sayına görə, həmçinin əsərin reytinqinə əsasən daxil olur. Siyahıya yalnız son bir həftə ərzində dərc olunan əsərlər daxil ola bilər. Əsəri qaldırmaq xidmətindən istifadə olunduqda şeir əlavə 7 gün siyahıda yer tuta bilər.
Müəllif: sheh | 13 Fevral 2012 | Oxunub: 56| Yadda saxlamaq:
fincan nəlbəkidən aralandı.Nəlbəki titrədi,bu titrəyiş onu tutan əli də titrətdi. -Ay Allah, getdi, məni tənha qoyub getdi. Fincan onun içindəki çayı içən adamın dodaqlarına toxunanda nəlbəki lap əsim-əsim əsdi, az qaldı hikkəsindən özünü yerə çırpsın, çilik-çilik olsun.Yaxşı ki, əl onu güclə saxladı, masanın üstünə qoydu.Sonra boşalmış fincanı nəlbəkiyə qoydu.Nəlbəki sanki dərindən köks ötürdü.Ay...Ancaq....Heyhat, fincan soyumuşdu, boşalmış fincan bum-buz idi....